Çavuşoğlu: “Rusiya İdlibdəki müşahidə postlarının təhlükəsizliyinə zəmanət verib”

Çavuşoğlu: “Rusiya İdlibdəki müşahidə postlarının təhlükəsizliyinə zəmanət verib”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Suriyanın İdlib bölgəsindəki Türkiyə müşahidə postlarının təhlükəsizliyinə zəmanət verdiyini bildirib.

24media.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat verib.
“Rusiya Suriyada prezident Bəşər Əsəd rejiminin qüvvələirin İdlibdəki müşahidə postlarımıza hücum etməyəcəyinə zəmanət verib", - deyə Mövlud Çavuşoğlu Norveçə səfəri zamanı bildirib.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə hərbi qüvvələri yalnız ölkədəki böhran siyasi həll yolunu tapandan sonra Suriyanı tərk edəcək.

Qeyd edək ki, avqustun 2-də Nur-Sultanda Suriya ilə bağlı danışıqlardan sonra İdlibdə atəşkəs rejimi qüvvəyə minib. Suriya Silahlı Qüvvələrinin komandanlığı Türkiyənin 2018-ci ilin sentyabrında Soçidə əldə edilmiş Rusiya-Türkiyə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi şərti ilə döyüşləri dayandıracağını bildirib.