Lüdviq van Bethoven
O, 1770-1827-ci illər arasında yaşamış və musiqi karyerasında klassik dövrdən romantik dövrə keçiddə böyük rol oynamışdır. 9-cu simfoniya və 5-ci simfoniya kimi məşhur əsərlərini geridə qoysaq da, solğun bir gecədə Ay işığının dartılmış simlərdəki ağ-qara vurğulara əks olunmasından danışacağıq.
"Ay işığı" sonatası

Bethoven iyirmi yaşının əvvəllərində eşitmə problemləri yaşamağa başlayıb. 1801-ci ildə, 31 yaşında, o, C Sharp Minor (C-Sharp Minor) tonunda piano sonatası kimi Ay işığı sonatasını bəstələdi və 1802-ci ildə bu əsərin premyerasını etdi. Əsərin əsl adı "Quasi una Fantasia" Mənası yuxudur.
Əsərin yazılması ilə bağlı məşhur bir əfsanə var. Rəvayətə görə, Bethovenin depressiyaya düşdüyü bir dövrdə o, pianoda çox yaxşı ifa edən bir qızla tanış olur. Lakin qızın kor olması məşhur bəstəkarı çox kədərləndirdiyindən Bethoven balaca qızdan ona bir arzu söyləməsini xahiş edib. Balaca qız ömründə ay işığı görmədiyini deyir və ondan bunu ona təsvir etməsini xahiş edir. Sənətçinin bu arzu ilə “Ay işığı" sonatasını bəstələməsi barədə şayiələr yayılsa da, bu əfsanədən kənara çıxa bilməyən romantik hekayə olaraq qaldı.
Əsərin indiki adı onu yazan şəxsdən deyil, onu şərh edən şairdən gəlir. 1932-ci ildə alman şairi Lüdviq Rellstab əsəri “Göldə parlayan ay işığı kimi” kimi təsvir etmiş, yazılmasından 31 il sonra, Bethovenin ölümündən 5 il sonra isə “Ay işığı sonatası" adlandırılmışdır.
Mənbə: İnsanca akademi
Tərcümə etdi: Nəzri Süleymanova
