Sözlərinə görə dərisi üzülən şair
Seyid Nəsimi Azərbaycanın ən məşhur şairlərindən, Azərbaycan türkcəsinin ulduzlarından biridir. O bütün türk ədəbiyyatına dərindən təsir etmişdir.
Çağatay tarlasında Əli Şir Nəvai Nəsimini tərifləmişdir. Qanuni Süleyman onun şeirlərinə cavab verən şeirlər yazmışdır.
Azərbaycanda Azərbaycan türkcəsi ilə məşğul olan ən yüksək akademik qurum olan Dilçilik İnstitutu Nəsiminin adını daşıyır: Azərbaycan Nəsimi adına Dilçilik İnstitutu. Nəsimi Dilçilik İnstitutu Türkiyədə yaradılmış TDK-ya bərabər bir funksiyanı yerinə yetirir. Bakının mərkəzi meydanlarından birində Nəsimi heykəli və "Nəsimi" metrosu var.
Murat Bardakçı Nəsimi haqqında demişdir:
Nəsimi o dövrdə qəribə sayılan və “mürtədilik” sayılan “Hürufi” inanclarına sadiq idi. O deyirdi ki, kainatın və insanın mahiyyəti ruh deyil, maddədir, hər şeyin əsası “səs”dir. Ölülərin dirilməyəcəyini və axirətin olmadığını deyirdi. Eyni fikirlər onun şeirlərində də öz əksini tapıb. Sonra onun haqqında fitva verildi və 1417-ci ildə Hələbdə dərisini diri-diri soydular.
O zaman da şeirlər oxumaqdan əl çəkmirdi: “Nəsimidən sirrini sordum, dedi, "Reh-neverd-i Kəbe-i ışkız, bu bizim ehramımız”, yəni “Dərisinin üzülməsindəki sirri Nəsimidən soruşdum; Cavab “Biz eşq Kəbəsinin yolçularıyıq, Kəbəni təvaf edərkən ehram niyyəti üçün dərimizi geyinirik”, oldu və bu misralar Türk ədəbiyyatının ən möhtəşəm ifadələrindən biri olaraq qaldı.
Bəs Nəsimi ilə Kahramanmaraşın əlaqəsi nədir?
Nəsimi yaşadığı dövrü öz baxışları ilə sarsıtmış, hətta Misirdəki Məmlüklərlə Dulkadiroğlu bəyliyi arasında gərginliyə səbəb olmuşdu.
İctimaiyyətlə yanaşı, Dulkadiroğlu Bəylər Şehsüvaroğlu Əli bəy və onun qardaşları Nasırüddin və Kara Yülük Osman kimi dövlət adamları da Nəsiminin fikirlərindən təsirlənmişdilər.
Nəsimi öz ideyalarını yaymaq üçün şair kimi gücündən istifadə etmişdir. Onun “Allahın insan simasında təzahür etməsi”, “bədənin bütün üzvlərini hərflərlə izah etməsi” kimi fikirləri dövrün dini idarələri tərəfindən reaksiyaya səbəb olmuşdur.
Bir müddət sonra məmlüklərə bağlı olan Hələb üləması Nəsiminin fikirlərinin İslama zidd olduğunu bildirərək onu öldürmək üçün fitva verdi. O, 1417-ci ildə Misirin Çərkəz hökmdarı Müavyed Şeyxin razılığını alan regent Əmir Yeşbək tərəfindən başı kəsilərək, dərisi soyularaq öldürüldü.
Onun cəsədi Hələbdə 7 gün açıq qalıb, sonra cəsədi parçalara ayrılaraq, bir parçası inanclarını pozduğu düşünülən Şehsüvaroğlu Əli bəyə və qardaşları Nasırüddin və Kara Yülük Osman bəyə göndərilib.
Nəticə etibarı ilə Nəsiminin dünyanın bir çox yerlərində təmsil olunan məzarları olsa da, əsl istirahətgahı Kahramanmaraş demək olar.
Nəsimini dəstəkləyən yeganə dövlət şairlər diyarı kimi tanınan Kahramanmaraşın paytaxtı olduğu Dulkadiroğlu Bəyliyi idi. Bu vəziyyət təəccüblü deyil, çünki Kahramanmaraşda iki qapının birindən şair çıxar. Şair olmaq kahramanmaraşlıların xasiyyətinin bir parçasına çevrilmişdir.
Mənbə: Maraş Gündem
Tərcümə etdi: Aminə Paşazadə
