Bu gün:

“Dövrümüzdə məlumat çox əlçatandır”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi media eksperti Qulu Məhərrəmlidir. Ekspert Azərbaycanda saytların fəaliyyəti ilə bağlı sualımızı cavablayıb.

-Sizcə, xəbərləri televiziyadan və saytlardan əldə etmək arasında nə kimi fərqlər var, etibarlılıq baxmından hansını üstün tutursunuz?



Əlbəttə ki, ictimai proseslərlə, ətrafda baş verən hadisələrlə maraqlanan hər bir insan məlumat almağı və ona uyğun fəaliyyət göstərməyi üstün tutur. Dövrümüzdə məlumat çox əlçatandır, hər kəs telefon vasitəsi ilə saytlardan və ya sosial şəbəkələrdən oxuya bilər. Lakin informasiya çox olduğundan biz yanlış və doğru xəbəri bir-birindən ayırmalıyıq. Peşəkarlıq baxımından televiziya, radio və qəzetlərdə informasiyalar daha aydın olur. Lakin onlaynın da üstünlüyü vardır ki, xəbəri oxuduqdan sonra və ya məlumatı aldıqdan sonra ona münasibət bildirə bilirsən, burada interaktiv proses gedir. Peşəkar medianın (tv, radio) onlayn şəkildə mövcud olması isə onun iki qat üstünlüyüdür. Bizim üçün xəbərin əlçatımlığı ilə yanaşı, onun peşəkarlığı da önəmlidir.

24Media.az-ın onlayn şəkildə apardığı sorğuya əsasən, insanların 71%-i sosial şəbəkələrdən, 29%-ı isə ənənəvi mediadan (tv, radio, qəzetlər) xəbərləri əldə etməyi üstün tutur.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et