Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatında fərdi yarışlara yekun vurulub və ağır çəkili cüdoçuların gərgin mübarizəsi baş tutub.

Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının qadınlar arasında +78 kq çəki dərəcəsində final görüşündən sonra idmançıların bir-birini təbrik etməsi anı
24Media.az Yahoo.Sports-a istinadən xəbər verir ki, qadınlar arasında +78 kq çəki dərəcəsində 19 yaşlı cənubi koreyalı idmançı Hhyondji Li bütün rəqiblərinə ipponla qalib gələrək finala yüksəlib. Finalda keçmiş dünya çempionu, fransalı Roman Dikonu waza-ari və saxlama fəndi ilə məğlub edən Li, karyerasında ilk dəfə dünya çempionluğunu qazanıb. Medalları BOK üzvü Yael Arad təqdim edib.
Kişilər arasında +100 kq çəki dərəcəsində isə İnal Tasoev finalda yerli azarkeşlərin dəstəklədiyi Azərbaycan təmsilçisi Uşanqi Kokauri ilə qarşılaşıb. Tasoev həlledici görüşdə ippon fəndi ilə qələbə qazanaraq karyerasında üçüncü dəfə dünya çempionu tituluna yiyələnib.
Bakı Dünya Çempionatının yüksək təşkilatçılıq səviyyəsi və yerli azarkeşlərin fəallığı turnirə xüsusi rəng qatdı. Uşanqi Kokaurinin gümüş medal qazanması milli komandamız üçün mühüm uğur hesab oluna bilər. Bununla yanaşı, gənc idmançıların, xüsusilə Hhyondji Linin göstərdiyi yüksək ustalıq dünya cüdosunda yeni nəslin ciddi rəqabət formalaşdırdığını göstərir.
Fatimə Salmanlı
