Bu gün:

“Barselona” qələbələr seriyasını davam etdirir: Hansi Flik mükafat alıb


“Blaauqrana” “Xetafe” üzərində qələbədən sonra La Liqada ardıcıl səkkizinci, ümumilikdə isə doqquzuncu qələbəsini qazanıb. Beynəlxalq fasilədən sonra oyunların sıx qrafiklə keçirilməsi səbəbindən Hansi Flik və komanda üzvləri bu gün “Ciutat Esportiva”da məşqlərə qayıdıblar. Komandanı cəmi iki gün sonra Çempionlar Liqasının ikinci turu çərçivəsində səfərdə “Qalatasaray”la qarşılaşma gözləyir.

24media.az fcbarcelona.com-a əsasən məlumat verir ki, “Xetafe” ilə oyunda ehtiyatda qalan futbolçular, eləcə də komanda ilə məşqlərin sayını artıran Frenki de Yonq meydanda məşq ediblər. Start heyətində yer alan futbolçular isə ənənəvi olaraq oyundan sonrakı bərpa və fiziki hazırlıq məşqlərini yerinə yetiriblər.

Bu səhər Hansi Flik bütün məşqçi heyətinin müşayiəti ilə La Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi mükafatını da qəbul edib. Beləliklə, “Barselona”nın uğurlu çıxışı davam edir və komanda qarşıdakı oyunlara nikbin əhval-ruhiyyədə hazırlaşır.

Nazim Xeyirxəbərli 

Paylaş