Bu gün:

Saxta xəbərlərlə ən yaxşı mübarizə üsulları nələrdir?


24Media.az-ın "Peşəkarlar danışır” rubrikasının budəfəki qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovadır. O, saxta xəbərlərlə ən yaxşı mübarizə üsulları haqqında sualımızı cavablandırıb.

-Saxta xəbərlərlə ən yaxşı mübarizə üsulları nələrdir?


"Auditoriyanın üzərinə hər gün saysız-hesabsız informasiya yağır və ən müxtəlif kanallardan auditoriyanın bu imkana çatmaq şansı da texnologiya vasitələrinin inkişafı nəticəsində mümkündür. Bu informasiyaların hamısı hər zaman səhih və dəqiq olmur, ona görə də saxta informasiyanı doğru informasiyadan seçməyi bacarmaq lazımdır.

Auditoriyanın saxta informasiyanı doğru informasiyadan seçmək üçün ən yaxşı, sınanmış üsullarından biri media savadlılığına yiyələnməsindir. Auditoriya nə qədər media savadlı olarsa, o qədər dəqiq, doğru və səhih mənbələri seçmək gücündə olacaq, yanlış informasiyanı doğru informasiyadan fərqləndirmək qabiliyyətinə malik olacaq və özü yeni informasiya kontenti yaratmaq bacarığına sahib olacaq, özü nəzarət edəcək ki, onun yaratdığı və internet məkanına ötürdüyü, tirajladığı informasiya saxta olmasın, dəqiq və səhih olsun".

Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et