Bu gün:

2024-cü ilin rəngi elan olundu


Beynəlxalq rəng qurumu olan Pantone Rəng İnstitutu tərəfindən 2024-cü ilin rəngi elan olundu.

Hər il səbirsizliklə gözlənilən vaxt nəhayət gəlib çatdı. Bu il dəbdən gözəlliyə, dekorasiyadan sənətə qədər bir çox sektorda istifadə olunacaq rəng açıqlandı. Pantone Rəng İnstitutu  2024-cü ilin rəngini peach fuzz olaraq seçdi.

Peach fuzz  hər şeyi əhatə edən ruhu, zehni, bədəni və ürəyi zənginləşdirən məxmər kimi zərif şaftalı rəngidir. Şaftalı tükləri mənasını verən  peach fuzz birlik arzumuzu və onun yaratdığı duyğuları vurğulayan isti və rahat rəng kimi təzə bir yanaşma təqdim edir. Zərif, şəhvətli  peach fuzz mərhəmət, paylaşmaq, ictimai əməkdaşlıq kimi hisslərin ifadəsidir.

Peach fuzz rəngini biz dizaynerlərin podiumlarında tez-tez görmürük.


Bununla belə, 1911-1912-ci illərdə Jeanne Hallee üçün Marie Angenard "şamdan şalvar axşam kostyumu" və 1923-cü ildə "Madeleine" markasının təqdim etdiyi geyimlərdə peach fuzz rəngini görə bilərik.


Mənbə: oggusto

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et