Bu gün:

Emil Nolde kimdir?


Alman əsilli danimarkalı ekspressionist rəssam Emil Nolde 1867-ci ildə Noldda (Şlezviq) anadan olub. İlk sənət təhsilini 1884-cü ildən 1888-ci ilə qədər Flensburg incəsənət məktəbində almışdır. Burada Bruggemann freskasının bərpasında iştirak etdi. Daha sonra bir çox mebel firmasında çalışdı. 1897-ci ildən başlayaraq İsveçrə dağlarını əks etdirən kiçik suluboya ilə məşhurlaşdı. Daha sonra Münhenə getdi və Adolf Helzel Rəssamlıq Məktəbində təhsil aldı.


1899-cu ildə bir müddət Parisdə qaldıqdan sonra 1905-1907-ci illərdə die Brü Decay qrupuna qatıldı. Dini mövzularda güclü povesti 1909-cu ildə şiddətli bir reaksiya doğurdu. 


Nolde 1920-ci illərin əvvəllərindən bəri Milli Sosialist Alman İşçi Partiyasının Danimarka şöbəsinin üzvü idi. Yəhudi sənətkarlarına antisemitizm və mənfi baxışlarını ifadə etdi və ekspressionizmi fərqli bir Alman üslubu hesab etdi.

Bununla birlikdə, Adolf Hitler modernizmin bütün formalarını “yozlaşmış sənət” olaraq rədd etdi və nasist rejimi Noldenn əsərlərini rəsmi olaraq qınadı. O vaxta qədər Almaniyada böyük hörmət qazanmışdı. Ümumilikdə onun 1052 əsəri muzeylərdən çıxarılıb. 1941 – ci ildən sonra rəsm çəkməyə icazə verilmədi. Buna baxmayaraq, bu müddət ərzində saxladığı yüzlərlə suluboya yaratdı. Onları “Boyanmamış rəsmlər”adlandırdı.

Parlaq bir rəngkar kimi müvəffəqiyyəti tanınsa da, nasizmə bağlılığı son vaxtlara qədər siyasət  arasındakı əlaqə barədə mübahisələrə səbəb oldu.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi : Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et