Bu gün:

On çoxuşaqlı qadın!


Dünyanın ən çox uşaq dünyaya gətirən qadınları kimi tarixə düşən 10 qadını təqdim edirik...


10 - Meri Conas


Sondan əvvələ gedək. Meri 1800-cü illərdə İngiltərədə yaşayırdı. Döşəmə ustası işləyən Meri 1899-cu ildə vəfat edəndə 85 yaşında idi.


Əri ilə çiyin-çiyinə məzarda əbədi yuxuya gedən Conas cütlüyünün məzar daşında belə yazılmışdı: “24 fevral 1892-ci ildə 78 yaşında vəfat edən Con Conas və sevimli həyat yoldaşı, 1899-cu il dekabrın 4-də 85 yaşında vəfat edən 33 uşağ anası Meri Conas”.


Conas cütlüyünün 33 uşağından 30-u əkiz idi və hamısı bir oğlan və bir qız olaraq dünyaya gəlib. Əksəriyyəti yetkinlik yaşına çatmazdan əvvəl ölüb.


9 - Xanım Harrison


1836-cı ildə nəşr olunan “Mockettin Seyir Dəftərindəki” məlumata görə,  9-cu sırada göstərəcəyimiz Vere küçəsində yaşayan Harrisonların 35 uşağı var idi.


8 - Elizabet Qrenhil


Tomas Qrenhilin “The Art of Ebalming” kitabındakı məlumata görə, Elizabetin 39 uşağı olub və bu doğuşlardan yalnız birində əkiz uşaq dünyaya gətirib.


Kitabda belə cümlələr yazılmışdı: "Onun 39 uşağı vardı. Hamısı sağ-salamat doğulub. Əri ölməsəydi, daha 2 və ya 3 uşaq dünyaya gətirə bilərdi."


7 - Alis Huks


Alisin 41 uşağı var idi. Şimali Uelsdəki Konvey Kilsəsi Qəbiristanlığında oğlu Nikolasın məzar daşında "Alisin 41-ci uşağı" yazılıb. Bəlkə də daha çox övladı var idi...


6 - Elizabet Mott


Ginnesin Rekordlar Kitabının 1988-ci il sayında ən çox uşaq dünyaya gətirmə rekordu Elizabet Mottda idi. Elizabet və Con 1676-cı ildə evləniblər. İngiltərənin Monks Kirbi kəndində yaşayan cütlüyün 42 övladı olub.


5 - Maddalena Qranata


“Parid Journal”-da dərc olunan məqaləyə görə, Maddalena ümumilikdə 52 uşaq dünyaya gətirib. İtaliyanın Pompey yaxınlığındakı Nocera şəhərində yaşayan Maddalena 28 yaşında ailə qurub. Dr. Sanctisin dediyinə görə, o, 15-i əkiz, 49-u oğlan olmaqla 52 uşaq dünyaya gətirib.


4 - Barbara Stratzmann


Barbara 1448-1503-cü illərdə, Roma İmperiyası dövründə yaşamışdır. Boennigheimli Barbara, alman əsilli, cəmi 53 olmaqla bir dəfə yedi uşaq, bir dəfə altı uşaq, dörd dəfə üçəm, beş dəfə əkiz, on səkkiz dəfə də tək uşaq dünyaya gətirib. Bununla belə, körpələrdən 19-u ölü doğulduğu halda sağ olan körpələrin heç biri uşaqlıqdan sonraki dönəmdə sağ qalmayıb.


3 - Leontina Albina


Ginnesin Rekordlar Kitabının 1988-ci il sayında dünyanın ən çoxuşaqlı anası Leontina Albina olub. Leontina 1943-cü ildə əri Gerardo ilə evlənib.


Gerardonun sözlərinə görə, Çiliyə köçməzdən əvvəl Leontina 5 dəfə üçəm oğlan uşaqları dünyaya gətirib. 1981-ci ildə, 55 yaşı olanda 55-ci övladını dünyaya gətirib.


Onların 11 övladı zəlzələdə həlak olub. 1988-ci ildə 16 qız və 24 oğlan olmaqla 40 uşağın hamısı sağ idi.


2 - Yakov Kirillovun həyat yoldaşı


1775-ci ildə Rusiyanın Vedenski kəndində yaşayan 60 yaşlı Yakov Kirillovun birinci həyat yoldaşından 57 uşağı olub. Adını bilmədiyimiz bu birinci arvad dörd dəfə dördəm, yeddi dəfə üçəm, on dəfə əkiz uşaq dünyaya gətirib.


Yakov ikinci dəfə də evlənib.Onun bu evlilikdən 15 övladı olub.


1 - Feodor Vasilyevin birinci həyat yoldaşı


Feodorun birinci arvadı dünyaya gətirdiyi 69 uşaqla siyahıya başçılıq edir. Adını bilmədiyimiz bu qadın dörd dəfə dördəm, yeddi dəfə üçəm, on altı dəfə əkiz uşaq dünyaya gətirib. Bu uşaqlardan yalnız 2-si dünyasını dəyişib.


Rusiyanın Şuva şəhərində yaşayan Feodar ikinci dəfə evlənib və ikisi üçəm, altısı əkiz olmaqla ümumilikdə 18 uşaq dünyaya gətirib.


Təkcə Feodor Rusiya üçün 87 nəfər vətəndaş böyüdüb.


Mənbə: Kadinvekadin.net


Tərcümə etdi: Sevil İsmayılova






Paylaş
Şərh əlavə et