Bu gün:

Filmlərə mövzu olacaq hekayə: 49 ildir ki, yatarkən belə bunu edir!


Sadhu Amar Bharati adlı bu adam 49 ildir davamlı olaraq əlini havada saxlaması ilə tanınır. Dininə bağlılığına görə 49 il əvvəl əlini havaya qaldıran Bharati yatarkən belə əlini aşağı salmayıb. Yaşadığı ağrı və sinir itkisi onu bu yoldan döndərə bilmir . Bir filmə mövzu olacaq bu hekayənin təfərrüatları...


1970-ci illərdə Bharati Hindistanda bir bankda işləyirdi və həyat yoldaşı, uşaqları ilə çox təvazökar bir həyat yaşayırdı. Bir gün bu adam ailəsini tərk etmək qərarına gəlir və sonra da işini tərk edir.


Bu qərar onun həyatında böyük dəyişikliyə səbəb olur. Bharati dünyəvi zövqlərdən qurtulmaq istəsə də, buna tam nail ola bilməyəcəyini düşünür.


Daha sonra onu xəbərlərimizin mövzusuna çevirən, bütün dünyada tanıdan bir hərəkət etməyə başlayır. Sadhu Amar Bharati 1973-cü ildə dini inancına bağlılığının simvolu olaraq sağ əlini yuxarı qaldırır. Və ömrünün sonuna qədər bu əli aşağı salmamağa qərar verir.


49 il bu hərəkəti davam etdirən kişinin qolu zədələr görüb, lakin illər boyu çəkdiyi ağrı və acı onu yolundan döndərə bilmədi. İlk iki ildən sonra Bharatinin sağ qolu bütün hissiyatını itirir. 


Nəzərə alsaq ki, normal bir insan bu ağrıya cəmi iki-üç dəqiqə dözə bilər, Bharatinin etdikləri insanları heyrətə gətirir. Digər tərəfdən Hindistan mediasına verdiyi açıqlamada Bharati adlı bu adam deyir: "Mən çox şey istəmirəm. Niyə bir-birimizlə vuruşuruq? Niyə aramızda bu qədər nifrət və səhlənkarlıq var? İstəyirəm bütün Hindistan xalqı sülh içində yaşasın. Hətta bütün dünya!"


Bu hərəkət bir çox insana ilham olsa da, bu zamana qədər heç kim uzun müddət qolunu havada tuta bilmədi.


O isə hələ də sağ qolunu havada saxlamağa davam edir və heç vaxt endirməyi düşünmür. Bir gün onu endirmək qərarına gəlsə, yəqin ki, bütün əzələləri məhv olacaq və sinirləri ciddi ziyan görəcək. Bharati həm mənəvi, həm də fiziki cəhətdən özünü yaxşı hiss etdiyini də vurğulayıb.


Mənbə: sabah.com


Tərcümə etdi: Sevil İsmayılova


Paylaş
Şərh əlavə et