Bu gün:

Robert Kampen kimdir?


Hollandiyalı İntibah rəssamı Robert Kampen 1375-ci ildə Torneydə anadan olub. Robert Kampenin işinə dair ilk dəlillər 1406-cı ildə  sənətçilərin əsərlərinin daxil olduğu turda tapıldı. Bu dövrdə təxminən 25-28 yaşında idi və bu məlumatlara əsasən doğum ilinin 1375 olduğu təxmin edilir.

1410-cu ildə   vətəndaş hüquqları alması onun şəhərli olmadığını göstərir. O, rəsmi şəhər rəssamı deyildi, lakin şəhər rəhbərliyi üçün adi rəsm  işini görürdü. Kampen müxtəlif dövlət qurumlarında təsirli idi. Abbey Şurasının və kilsənin xəzinədarı oldu və Şəhər Şurasına seçildi. O, həm də auditor idi.


Əvvəlcə Fransız Kitab illüstrasiya sənətindən çox təsirləndi. Əsərləri böyük bir detal və müşahidə səviyyəsini əks etdirir.



Həmişə riyazi standartlara tam uyğun gəlməsə də onun əsərlərində formaların düzülüşü və boşluqların demək olar ki, təbii təsviri təəccüblüdür. Xüsusilə, portretlərdəki detallarına görə fotorealizmin banisi hesab edilə bilər.


 Jan van Eyck ilə birlikdə aşağı Holland rəssamlığının inkişafında mühüm rol oynadı. Rogier van Der Veiden və Jacques Daret onun ən məşhur tələbələrindəndir.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et