Bu gün:

Caspar Netscher kimdir?


Hollandiyalı barokko rəssamı Caspar Netscher 1639-cu ildə Heidelberqdə anadan olub.  O ,Hollandiyaya sığınan bir Alman mühəndisinin oğlu idi. İbtidai təhsilini Hendrick Costerdən almışdır. Daha sonra 1654-cü ildə Gerard Terborchun tələbəsi oldu.


 Yetkinlik yaşına çatdıqdan sonra əvvəlcə möhtəşəm bir tur üçün Hubraken sənət satıcılarında çalışdı. 1658-ci ildə təhsilini başa çatdırmaq üçün İtaliyaya getdi. Tullekensdən tövsiyə məktubları ilə əmisi oğlu üçün Bordoda gəmi bileti sifariş etdi.


 Quru yolu ilə İtaliyaya keçməyi planlaşdırırdı. Bununla birlikdə Bordoda riyaziyyatçı və çeşmə dizayneri Godein ilə tanış oldu və 25 noyabr 1659-cu ildə qızı Margareta Godein ilə evləndi və Romaya səyahətini dayandırdı.


Bordoda o, zərif bitirmələri üçün hazırda yüksək qiymətləndirilən şkafların kiçik rəsmlərini yaradaraq pul qazanmağa çalışdı. Protestantların təqibindən qorxaraq 1662-ci ildə oğlu dünyaya gəldikdən sonra şimala - Haaqaya qayıtdı və diqqətini portretə yönəltdi. Sənətinin bu sahəsində daha uğurlu oldu.


 Burada rəssamlar gildiyasına qatıldı. Gündəlik həyat səhnələrini əks etdirən rəsm və portretlər çəkdi. Ağasının rəsm üslubundan imtina edərək, Minyarın təsiri altında zərif üsluba müraciət etdi. Netsherin dahisi bu rəsmlərdə özünü göstərdi. Yüngül, lakin dəqiq qələm, parlaq və dəqiq rəngləmə,   xoş işıq və kölgə ilə əsərlər yaratdı. Ancaq tez-tez bu incəliklər zəifliklərə çevrildi. Əsərləri arasında Filippin xanımı Stanton, kraliça Məryəm və III Vilhelmin portretlərini qeyd etmək lazımdır.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et