Bu gün:

Harry Hall kimdir?


İngilis rəssam Harry Hall 1816-cı ildə Kembricdə anadan olub. Əvvəlcə Tattersollsda bir sıra ingilis yarış və idman araşdırma nəşrləri üzərində işləyən bir sənətçi kimi meydana çıxdı.

Çox sayda ağac qravürası hazırladı. İdman jurnalında Hall tərəfindən hazırlanan 114 qravüra nəşr olundu. Illustrated London xəbərlərində də çalışdı.

Harry Hall , 1838-1864-cü illərdə Kral Akademiyasında və 1838-1875-ci illərdə ingilis rəssamlar cəmiyyətində əsərlərini sərgilədi.

Rəssam əsərləri at sahibləri tərəfindən sifariş edilən ingilis atçılıq rəssamı idi. Onun üslubu bir çox müasirləri ilə müqayisədə heyrətamiz dərəcədə modern və fərqli kimi təsvir edilmişdir.

Digər növlərə uyğun  portretlər və səhnələr də çəkdi, lakin əsasən at yarışları, ovçular və atlar mövzusunda rəsmlər çəkdi.

Mənbə: İstanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et