Bu gün:

Oruc tutanda bədəndə nələr baş verir?


Oruc tutmaq sağlamlığa necə təsir edir? 30 gün oruc tutan insanın bədənində nələr baş verir?


Ən çətini ilk günlərdir

İnsan orqanizmi son yeməkdən 8 saat sonra oruc tutduğunu anlayır. Yəni bağırsaqlar son yeməkdə qəbul edilən bütün qidaları tamamilə həzm etdikdə. Növbəti mərhələdə bədən enerji ehtiyacını ödəmək üçün qaraciyərdə və əzələlərdə qlükoza çevrilir. Qlükoza qəbuletdiyiniz zaman növbəti enerji mənbəyi bədəndəki yağdır. Yağ yandırmaq arıqlamağa, xolesterinin səviyyəsini aşağı salmağa və diabet riskini azaltmağa kömək edir. Digər tərəfdən, qan şəkərinin azalması orqanizmdə zəiflik və süstlük yaradır. Aclıq səviyyəsi pik həddə çatdıqda əlamətlərə baş ağrısı, ürəkbulanma və ağız qoxusu əlavə edilir.

Üçüncü gündən yeddinci günə qədər: Su içməyə diqqət edin

Bədəniniz oruc tutmağa alışmağa başlayır. O, yağı istehlak edib qan şəkərinə çevirdi. Sahur və iftar vaxtları arasında su qəbulu azaldığı üçün bədəndə tərləmə sürətlənir və maye itkisi artır. İftar və sahurda yemək zamanı karbohidrat və bəzi yağların qəbulu enerji istehsalı üçün vacibdir. Balanslaşdırılmış bir pəhriz ilə zülal, duz və su kimi müəyyən qidaları almaq vacibdir.

Səkkizinci gündən 15-ci günə qədər: Oruc tutmağa orqanizm öyrəşir

Bədəniniz artıq 3-cü mərhələyə keçib və orqanizm demək olar ki, oruc tutmağa tam uyğunlaşıb. İngiltərədəki Kembric Universiteti Xəstəxanasında Anesteziya və Reanimasiya üzrə məsləhətçi Dr. Razeen Mahruf deyir ki, bu mərhələnin bədənə də bəzi müsbət təsirləri var. 

Mahruf deyir: “Biz gündəlik həyatımızda daha çox kalori qəbul edirik və bədənimiz artıq xəstəlikdən qorunmaq kimi vacib işləri yerinə yetirə bilmir. Oruc zamanı bu vəziyyət yenidən balanslaşdırılır. Orqanizm yenidən öz daha vacib funksiyalarına diqqət yetirərək infeksiyalarla mübarizəni və xəstəliklərdən sağalmağı asanlaşdırır".

16-dan 30-a kimi: Detoks vaxtı

Ramazan ayının ikinci yarısında yoğun bağırsaq, böyrək və dəri toksinlərdən təmizlənməyə başlayır. Dr. Mahruf deyir ki, bu dövrdə orqanlar maksimum gücünə qayıdırlar. O vurğulayır ki, yaddaş və konsentrasiya yenidən güclənərkən enerji də artır.

Mahruf davam edir:

"Oruc səhərdən gün batana qədər olan dövrü əhatə edir. Beləliklə, arada enerji verən qida və maye qəbul etmək imkanı yaranır. Oruc tutmaq əzələləri qoruduğu kimi, insanın arıqlamasına da kömək edir. Bununla belə, əgər vücudunuz enerji üçün zülal qəbul etməyə başlasa, inkişaf etmiş aclıq rejiminə keçəcək və əzələlərinizdən istifadə edəcək. Bu, ən çox günlərlə və həftələrlə uzanan orucluq dövrlərində olur."

Oruc tutmağın sağlamlığa faydası varmı?

Dr. Mahrufun sözlərinə görə, bu sualın cavabı “Bəli”dir, lakin bir şərtlə:

“Oruc tutmaq sağlamlıq üçün faydalıdır, çünki nə yediyimizə və nə vaxt yediyimizə diqqət yetirməyə imkan verir, lakin biz bir aylıq dövrü uzatmağı və davamlı oruc tutmağı tövsiyə etmirik. Orucun uzadılması uzun müddətdə yağların enerjiyə çevrilməsinin qarşısını alır və bədən enerji mənbəyi olaraq əzələlərinizə çevrilir. "Aclıq rejiminə" keçəndə uzun müddətdə arıqlamağı çətinləşdirərək sağlamlığa təsir edir".

Əgər oruc Ramazan ayından kənarda tutulacaqsa, Mahrufun tövsiyəsi 5:2 oruc pəhrizinə riayət etməkdir. Yəni həftənin 5 günü sağlam qidalanaraq, qalan 2 günü oruc tutmaq.


Mənbə: BBC News Türkiye

Tərcümə etdi: Xədicə Qiyas

Paylaş
Şərh əlavə et