
Radium dövri sistemin 7-ci dövrünün 2-ci qrupunun elementidir. Radiumun atom nömrəsi 88-dir. Radium Ra simvolu ilə təmsil olunur və metaldır.
Radiumun tarixi və istifadəsi
Adını latınca "şüa" mənasını verən radius sözündən götürüb.
1898-ci ildə Mari və Pierre Curie tərəfindən kəşf edilib.
Parlaq, gümüşü, yumşaq və yüksək radioaktiv elementdir. Radioaktiv xüsusiyyətlərinə görə zəhərlidir və istifadə sahəsi məhduddur.
Sümüklərdə kalsium var. Radium dövri cədvəldə kalsiumla eyni qrupda olduğu üçün xərçəngli sümük hüceyrələrini hədəf almaq üçün istifadə edilə bilər. Radium atomlarının yaratdığı alfa radiasiyası xərçəng hüceyrələrini məhv edir.
Bütün uran mədənlərində radium da var. Radium uranın zənginləşdirilməsi prosesi zamanı əlavə məhsul kimi də əldə edilə bilər. Bu gün radium nüvə reaktorlarında istifadə olunan yanacaq çubuqlarından əldə edilir.
Konqo Demokratik Respublikası və Kanadadakı uran mədənləri radium baxımından ən zəngin mədənlərdir. Radiumun illik istehsalı 100 qramdan azdır. Alfa şüaları ilə yanaşı qamma şüaları da yaydığı üçün keçmişdə xərçəng müalicəsində radiasiya mənbəyi kimi istifadə edilib.
Əhəmiyyətli izotoplar:
226Ra
Elektron konfiqurasiyası:
[Rn]7s2
Sıxlıq (q/sm3):
5
Atom radiusu (Å):
2.83
Elektron yaxınlığı (kj/mol):
9.65
Otaq temperaturunda:
Qalın
Ərimə nöqtəsi (°C):
696
Qaynama nöqtəsi (°C):
1500
Elektromənfilik:
0.9
Kəşf edildiyi il:
1898
İonlaşma enerjiləri:
1 509.29
2 979 051
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
