Bu gün:

Uolter Lanqley kimdir?


İngilis rəssamı, "Nyulin" məktəbinin qurucusu Uolter Lanqley Birminqemdə anadan olub. Atası dərzi idi. 

15 yaşında litoqrafa şagird kimi qəbul edildi. 21 yaşında Cənubi Kensinqtonda təqaüd qazandı və iki il orada dizayn təhsili aldı. Bəzən bəzəkli İntibah üslubunda əsərlər üzərində işləyirdi. Qızıl və gümüşdən istifadə etməyi öyrəndi. Daha sonra Birminqhama qayıtdı və daimi olaraq rəsm çəkməyə başladı. 1881-ci ildə Kral Birminqham rəssamlar Cəmiyyətinin (RBSA) üzvü seçildi. Elə həmin il Cənab Trapp (Birmingham fotoqrafı) ona işlədiyi il üçün 500 funt sterlinq təklif etdi. Bu pulla ailəsi ilə birlikdə Newlynə köçdü və orada məskunlaşan ilk sənətkarlardan biri oldu və balıqçılıq Cəmiyyətinin həyatını əsərlərə çevirməyə başladı.

Siyasi olaraq solçu dövründə Fəhlə sinif xadimlərinin, xüsusən, balıqçıların və ailələrinin sosial-real təsvirləri ilə tanınırdı. Radikal sosialist siyasətçi Charles Bradlonun tərəfdarı idi. İşçi sinifindən olan öz mənşəyi ona kəndlilərlə və yaşadıqları çətinliklərlə tanış olmağa imkan verdi. Rəsmlərinin çoxu yaşadığı işçi sinif balıqçılarına olan bu simpatiyanı əks etdirir. 

Ən məşhur əsərlərdən biri Charles Kingsley – in “üç balıqçı” (1851) şeirinə əsaslanan “kişilər işləməli, qadınlar ağlamalıdır” suluboya əsəridir. (1901; Uorrinqton Muzeyi və İncəsənət Qalereyası).

Erkən litoqrafiya təhsili rəsmlərinə texniki bacarıqlarını nümayiş etdirən detallar və toxumalar verdi.

Əsərlərini İngiltərədə və xaricdə geniş şəkildə nümayiş etdirməyə davam etdi. Daha sonra karyerasında nüfuzu artdı. Lanqleyin rəsmlərindən biri  Lev Tolstoyun “Sənət nədir?” adlı kitabında “gözəl və əsl sənət əsəri”adlandırıldı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu  Əsədova

Paylaş
Şərh əlavə et