Bu gün:

Edvard Ladell kimdir?


İngilis Natürmort rəssamı Edvard Ladell 1821-ci ildə Hasketonda anadan olub. Gənclik illərini inşaatçı atasına kömək etməklə keçirib. Güman edilir ki, o, bir müddət Colchesterdəki Flaman tekstil şirkəti üçün naxış dizaynerinin tələbəsi olub.

Əsərləri ilə Kral Akademiyası, Britaniya İnstitutu və Britaniya rəssamları Kral Cəmiyyətinin sərgilərində iştirak etmişdir. 9 noyabr 1886-cı ildə İngiltərənin Exeter şəhərində öldü. Bu gün əsərləri Londondakı Croydon Muzeyinin, Exeterdəki Kral Albert Muzeyinin və Harrogatedəki Mercer incəsənət qalereyasının kolleksiyalarında yer alır.

Tərcümeyi-halındakı boşluqlara baxmayaraq, on dördüncü və on səkkizinci əsrlərdə Holland və Flaman məktəblərinin natürmortları ilə dərindən tanış olduğu aydındır. Həmişə xarakterik natürmortlarını ətraflı və diqqətlə nümayiş etdirirdi.

Canlı rəsmləri ilə  varlı tacirlər üçün çalışdı. Ancaq 1865-ci ilə qədər sənətkarın həyatında bir növ bədbəxt vəziyyət yarandı. Kral Akademiyasına iş göndərməyi dayandırdı və 1871-ci il siyahıyaalma, East Hilldəki evində tək yaşadığını qeyd etdi.

Sonrakı illərdə Exeter icmasının hörmətli üzvü oldu. 9 noyabr 1886-cı ildə qısa bir tənəffüs xəstəliyindən  öldükdə, yerli qəzetlər onun ölüm xəbərini geniş şəkildə yaydılar və böyük  bir cənazə mərasimi keçirildi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et