
Amerikalı mənzərə rəssamı George Inness 1825-ci ildə Nyu-Yorkun Newburq şəhərində anadan olub. Uşaqlıqda qravürlər və mənzərə rəsmləri çəkməsi onu təhsil almaq üçün Nyu-Yorka dəvət edən Regis Xinyunun diqqətini çəkdi.

20 yaşında olanda Ogden Haggerty, Avropada səyahət etməsinə və təhsil almasına icazə verərək sənətçini dəstəklədi. Sənətçi bir il İtaliyada və bir il Fransada qaldıqdan sonra Amerikaya qayıtdı.

1850-ci illərdə Delaver, Lakavan və Qərb dəmir yolları ilə maraqlandı və Amerikanın erkən sənayeləşmə dövrünü təsvir etməyə başladı. 1853-cü ildə Nyu-York Milli Dizayn Akademiyasına üzv qəbul edildi.

Bir mənzərə rəssamı olaraq Hudson məktəbindən, daha sonra Corot və Barbizon sənətçilərindən təsirləndi. Ömrünün son illərində impressionistlərə texnikası ilə deyil, açıq rənglərə yönəlmiş palitrası ilə yanaşdı.

Əsərləri Klivlend, Buffalo, Providence, Çikaqo və Nyu-Yorkdakı muzeylərdədir.

Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
