Bu gün:

Başgicəllənmə niyə yaranır?


Cəmiyyətdə çox rast gəlinən bu pozğunluq bədəndəki bir çox fərqli sistem səbəbiylə meydana gələ bilər. İnsanın özünün və ya ətrafındakı cisimlərin fırlandığını düşünməsinə səbəb olan bu vəziyyət məkan oriyentasiyası pozulduğu zaman meydana gəlir. Başgicəllənmə və titrəmə kimi simptomlara səbəb olur.

Baş gicəllənməsi ilə bağlı şikayətlər bir anda baş verə bilər və ya gün ərzində və ya insanın hərəkətlərindən asılı olaraq bir neçə dəfə inkişaf edə bilər. Bir balanssızlıq və ya balanssızlıq vəziyyəti olaraq da təyin oluna bilən başgicəllənmə adətən anlıq olaraq inkişaf edir. Ani başgicəllənmə adətən narahatlığa səbəb olmur. Ancaq uzun müddət davam edən başgicəllənmə hallarının səbəbi araşdırılmalı və müalicə edilməlidir. Təcili yardıma müraciət edən xəstələrin 25%-də başgicəllənmə şikayətidir.

Bir çox fərqli səbəblərlə ortaya çıxa bilən başgicəllənmə, insanın həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Təkrarlanan, uzun sürən, ani və ağır başgicəllənmə hallarında həkimə müraciət edilməlidir.

Balans əldə etmək üçün bədən sağlam və bir-biri ilə harmoniya içində işləməlidir. Göz sistemi, proprioseptiv sistem, vestibulyar sistem və mərkəzi sinir sistemindən ibarət olan tarazlıq orqanları, tarazlığı qorumaq üçün müxtəlif duyğulardan gələn məlumatları tarazlıq mərkəzində işləyərək və motor reaksiyası verərək tarazlığı təmin edir. Bu,
baş mövqeyi, beyin, onurğa beyni, daxili qulaq (labirint), əzələlər, oynaqlar və daxili orqanlardan gələn duyğu məlumatları sayəsində baş verir. Motor reaksiyası sayəsində insan fərqinə varmadan müxtəlif bədən hərəkətləri edərək tarazlığını qoruyur.
Bu sistemlərdən birində və ya bir neçəsində pozulmalar insanın başgicəllənməsinə səbəb olur. Bir növ hərəkət illüziyası olaraq da təyin oluna
bilən başgicəllənmə, insanın mövcud olmayan bir hərəkət hiss etməsinə və özünün və ya ətrafındakı əşyaların hərəkət etdiyini düşünməsinə səbəb olur. İnsanın yaşadığı mühiti tarazlaya bilməməsi ilə xarakterizə olunan başgicəllənmə ən çox görülən şikayətlərdəndir. Başgicəllənmə olan xəstələr tez-tez şikayətlərini müxtəlif yollarla təsvir edirlər.

Ən çox görülən şikayətlərə hər tərəfdən çevrilmə, yerin ayaqların altında sürüşməsi, gözlərin qaralması, başın boşalması və ya bir tərəfə sürüşməsi daxildir. Bir insanın gündəlik həyatına təsir edən, hətta bəzən həyatını dayandıra bilən başgicəllənmə bir çox fərqli səbəblə meydana gələ bilər.

Mənbə: Florence 
Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et