Bu gün:

Şizofreniya




Şizofreniya insanın düşüncə və davranışını dəyişdiyi psixi xəstəlikdir. Belə ki, apatiya və təşəbbüsün olmaması, nitq pozğunluqları, halüsinasiyalar və delirium kimi halların inkişafına səbəb ola bilər.Bundan əlavə, yaddaş və konsentrasiya ilə bağlı problemlər də yaratması mümkündür. Xəstəlik şiddətləndikcə  insan özünə və başqalarına zərər verə bilər. Xəstəliyə nə qədər tez diaqnoz qoyulsa, şizofreniya xəstəsi və onun yaxınlarının həyat keyfiyyətini yaxşılaşdırmaq ehtimalı bir o qədər yüksəkdir.

Şizofreniyanın sağlam bir insan üçün qeyri-adi olan digər xüsusiyyətlərinin, əksinə, Qəribə, maraqlı xüsusiyyətləri də var. Şizofreniyanın belə simptomlarına  halüsinasiyalar daxildir.

Rus psixiatrı Viktor Xrisanfoviç Kandinski şizofreniya haqqında ilk dəfə danışan alimdir. Düzdür, "şizofreniya" termini hələ o zaman istifadə edilməmişdir, O şizofreniyanı "psevdo-halüsinasiyalar haqqında" xəstəlik kimi adlandırıb. 

Daha sonra,1893-cü ildə alman psixiatrı Emil Krepelin şizofreniyanı müstəqil bir patologiya kimi elmdə istifadə edib. 

Xəstəliyin müasir adı isə “şizofreniya” (yunan şizodan - “mən parçalandım, parçaladım” və fren - “ruh”)ilk dəfə 1908-ci ildə İsveçrə psixiatrı Eigen Bleilerin əsərlərində istifadə edilmişdir.

Şizofreniyanın təhlükəsi 

Şizofreniya həm bu xəstəlikdən əziyyət çəkən xəstənin, həm də yaxınlarının həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.Mənfi simptomların inkişafı səbəbindən, bir qayda olaraq insanın davranışları çox dəyişir. Şəxsin sosial dairəsi daralır, adi sevimli fəaliyyətlərə maraq, dərs və ya iş həyatı yox olur.

Tədricən şizofreniya xəstəsi gündəlik həyatda işləmək və özünə xidmət etmək qabiliyyətini tamamilə itirə bilər. Şizofreniyanın mənfi simptomları çox davamlıdır, hətta remissiya zamanı da davam edə bilər və xəstəlik inkişaf etdikcə irəliləməsi qaçınılmazdır. Çox vaxt xəstəlik əlilliyə səbəb olur.


Mənbə:gemotest.ru

Tərcümə etdi:Leyla Əliyeva

Paylaş
Şərh əlavə et