Alman barok rəssamı Georg Flegel 1566-cı ildə Olmützdə anadan olub.

Təxminən 1580-ci ildə Vyanaya köçdü və burada rəssam və dizayner Lucas van Valkenborch-un köməkçisi oldu. Daha sonra ustası ilə əhəmiyyətli bir sənət şəhəri olan Frankfurtda yerləşdi.

Köməkçi olaraq valkenborchun əsərlərində meyvə, çiçək və digər detalları araşdırdı.

Təxminən 30 il (s.1600-1630), suluboya və yağlı boya ilə 110 əsər yaratdı. O, natürmortlarda, əsasən yemək, çiçəklər və bəzən heyvanlar üzərində işləyirdi.

Şagirdləri arasında öz iki oğlu da var idi, Friedrich (1597-1616 .) və Jakob (1602-1623), həmçinin çiçəkçi Jakob Marrel də var idi.

Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
