Bu gün:

Fabio Fabbi kimdir?


İtalyan Şərq rəssamı Fabio Fabbi 1861-ci ildə Bolonya şəhərində anadan olub.

Gənc yaşlarında Florensiyadakı Gözəl Sənətlər Akademiyasına daxil oldu. Heykəltəraşlıq və rəssamlıq üzrə təhsil alan rəssam hər iki kateqoriyada mükafatlar qazanıb.


Sonra Parisə, Münhenə və nəhayət Misirə getdi. İtaliyaya qayıtdıqdan sonra özünü rəssamlığa həsr etdi və Akademiya professoru adını aldı.

1884-cü ildən bəri Turin Milan və Florensiyadakı sərgilərə müntəzəm olaraq qatılaraq populyarlıq qazandı və əsərləri əsasən rəngarəng və əyləncəli olduğu üçün tərifləndi.


 

Onun impressionist texnikası və fiqurlarının hərəkətləri çox cəlbedici idi. 1886-cı ildə Misirə səfəri zamanı Qahirəyə etdiyi səfər əsərləri üçün ilham qaynağı rolunu oynadı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et