Bu gün:

Yankel Adler kimdir?


Polşalı rəssam Yankel Adler 1895-ci ildə Tusunda anadan olub. 1912-ci ildə Belqraddakı əmisindən oyma sənətini öyrənib. 1914-cü ildə Balkanlardan Almaniyaya köçüb və Barmen İncəsənət Məktəbində Gustav Vitiuchterin tələbəsi olub.

1918-1919-cu illərdə Lodza qayıtdı və bir qrup avanqard rəssam ilə ortaq sərgidə iştirak edib.1921-ci ildə Barmenə qayıdıb. Rəssamlıq Akademiyasında müəllim olub. Yaradıcılığına təsir göstərən Paul Klee ilə tanışlığı da burdan başlayır. Rəsm əsəri 1928-ci ildə “Düsseldorfda Alman sənəti” sərgisində qızıl medal qazanıb. 

1929-cu və 1930-cu illlərdə dövlət büdcəsi hesabına Mallorka və başqa yerlərə səfər edib. 1932-ci ilin iyulunda seçki kampaniyası zamanı bir qrup solçu sənətçi və ziyalı ilə birlikdə Milli sosialistlərin siyasəti ilə bağlı bir çağırış edib.Müasir bir rəssam və yəhudi kimi 1933-cü ilə qədər Hitler rejimi tərəfindən təqib edilib. 

Elə həmin il onun iki rəsm əsəri nasistlər tərəfindən Manheimer incəsənət mərkəzindəki degenerasiya sənətinin nümunələri kimi qiymətləndirilir. 1937-ci ildə beş əsəri nasistlər tərəfindən dövlət kolleksiyalarında nümayiş olunur. 

Daha sonra rəssam Almaniyanı tərk etdi və Almaniyadakı faşist rejimə qarşı siyasi mübarizə mərkəzi hesab edilən Parisdə yaşamağa başladı. İkinci Dünya müharibəsi zamanı Polşa Azadlıq ordusunda xidmət edilmişdir. Eyni zamanda rəssam İkinci Dünya Müharibəsinə də qatılıb. 25 aprel 1949-cu ildə 53 yaşında Oldbournedakı Uitley kottecində dünyasını dəyişib. Fantastik fiqurlu kompozisiyaları ilə seçilən rəssam bu gün də diqqət cəlb edir. 

Mənbə: istanbulsanatevi

Tərcümə etdi : Aysu Əsədova

Paylaş
Şərh əlavə et