Bu gün:

Ernest Cozepson kimdir?


İsveçli simvolik rəssam Ernst Josephson 1851-ci ildə Stokholmda anadan olub. İtaliya, Fransa və Hollandiyada sənət öyrənməyə davam etdi. 20 yaşında “İsveç Rembrandtı olacağam ya da öləcəyəm” deyən sənətkarın həyatı sağlamlıq baxımından qarışıq idi.

1888-ci ildə Brittany ziyarətindən sonra dini halüsinasiyalar yaşamağa və tanrı və Məsih olduğuna inanmağa başladı. 

Daha sonra şizofreniya diaqnozu ilə Uppsalaya qəbul edildi. Ancaq xəstəliyi boyunca, tez-tez işləməyə davam etdi.

Svart Rosor (1888, “Qara güllər”) və Gula Rosor (1896, “sarı güllər”) kolleksiyaları üçün şeirlər də yazdı. Əsas əsərlərindən biri, Nacken (1884, Nix), Stokholmdakı İsveç Milli Muzeyi tərəfindən rədd edildi. Bununla birlikdə, rəsm bu qərardan sonra narke Dükü şahzadə Eugene tərəfindən alındı.

Rəssamın “Stremkarlen” əsəri Skandinaviya fiqurlu rəssamlarına, xüsusən də norveçli Odd Nerdrama güclü təsir göstərmişdir.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et