Bu gün:

Otto Erelman kimdir?


Hollandiyalı realist rəssam Otto Erelman 1839-cu ildə Qroningendə anadan olub. Erkən yaşlarında sənətə maraq göstərdi və 1860-cı ildə Minerva Akademiyasına yazıldı. Orada Jay.H. Egenberger ilə işləyirdi. Məzun olduqdan sonra Kral Gözəl Sənətlər Akademiyasına daxil oldu.

Daha sonra Sir Laurence Alma-Tadema atelyesində xüsusi dərslər aldı. Parisdə qısa bir müddət qaldıqdan sonra Groningenə qayıtdı və 1867-1874-cü illərdə akademiyada müəllim vəzifəsində çalışdı. Elə həmin il rəssam olmaq üçün Brüsselə köçdü. Ancaq bilinməyən səbəblərdən ertəsi il Haaqaya köçdü və burada 1902-ci ilə qədər yaşadı.

Bu dövrdə məhkəmə rəssamı olaraq çalışdı. Onun bir çox əsərini hələ də het Looda  görmək olar. 1898-ci ildə Richard Schönbeck, 40 Erelman litoqrafiyasından ibarət “yarış atları” adlı təsvirli bir albom nəşr etdi.

Daha sonra əsərlərinin izahlı toplusu Clara Bell tərəfindən “atlar və itlər”adı altında ingilis dilinə tərcümə edildi. Ən məşhur əsəri “de paardenkeuring op de Grote Markt 28 avqustda” Groningen mühasirəsini anmaq üçün illik mərasimi təsvir edir.

Erelman sağlamlıq səbəbi ilə Arnhemdə beş il keçirdi. 1907-ci ildə Qroningenə qayıtdı. Yaşlı Erelman xilaskar kimi xatırlandı və ölümündən sonra Groningendəki küçə onun adını aldı. Ancaq 20- ci əsrin ikinci yarısında unuduldu. 2015-ci ildə əsərlərinə olan marağın son canlanması ilə Nienoord Muzeyində böyük bir retrospektiv sərgi keçirildi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et