
Bir ailədə doğulan ilk uşaqlar bir çox ilkləri yaşayır. Sonuncu doğulan uşaq tez-tez ərköyünlükdən həzz alır. Sonuncu uşaq dünyaya gələnə qədər hər iki valideyn təcrübə qazanır və evdə onlara kömək edəcək digər uşaqları dünyaya gətirir.
Evdə birdən çox uşaq varsa, ilk doğulan uşaq böyük olmanın üstünlüyünü, sonuncu uşaq isə kiçik olmanın üstünlüyünü yaşayır, ortancıl uşaqlar isə bəzən özünü ortada hiss edə bilər. “Ortada” doğulan uşaqların tez-tez yaşadığı bir psixoloji vəziyyət olan ortacıl uşaq sindromunda uşaq özünü laqeyd, tək və hətta tərk edilmiş hiss edə bilər. Bu hissləri yaşayan uşaq yaşadığı duyğuları düzgün anlaya bilmədiyi üçün bunu zahirən qısqanclıq, özünə qapanma və ya özünə inamsızlıq kimi əks etdirir.
Ortancıl uşaq sindromu bütün ortancıl uşaqlarda görülən bir vəziyyət deyil. Burada ana və atanın rolu çox böyükdür. Valideynlər bütün övladlarına bərabər münasibət göstərməli, onların hamısına eyni qayğı, sevgi və diqqət göstərməli, övladlarından heç birini laqeyd qoymamalıdır. Bunlar ortancıl uşaq sindromunun yaranmasının qarşısını alacaq davranışlar arasındadır.
Ortancıl uşaq sindromunun əlamətlərinə nəzər salsaq, onları aşağıdakı kimi sadalaya bilərik:
1. Özünə inamın olmaması: Yuxarıda qeyd etdiyimiz kimi, uşaq özünü etibarsız hiss edə bilər. Valideynləri tərəfindən təcrid olunduğuna və sevilmədiyinə özünü inandıran uşağın özünə inamsızlıq yaşaması qaçınılmazdır.
2. Həddindən artıqlıq: Valideynlərinin ona kifayət qədər diqqət yetirmədiyini düşünən uşaq, özünü onlara göstərmək üçün həddindən artıq hərəkətlər edə bilər. Məsələn, ən kiçik vəziyyətdə belə səsini qaldıra bilər.
3. Təcrid: Valideynlərindən yetərincə diqqət görmədiyini düşünən uşaq, digər böyüklərin də ona eyni münasibət göstərəcəyini düşünərək özünü sosial mühitlərdən və xarici dünyadan təcrid edir.
4. Qısqanclıq: Valideynlərin diqqətinin digər qardaşlarına yönəldiyini düşünən uşaq onları qısqanmağa başlayır.
Mənbə: dumadum.com
Tərcümə etdi: Sevil İsmayılova
