
Barokko dövrünün ispan rəssamı Francisco de Surbaran 1598-ci ildə Extremaduranın Fuente de Cantos şəhərində anadan olub. Uşaq ikən kömürlə rəsm çəkməsi ilə tanınırdı. 1614-cü ildə atası onu üç illik Seviliyaya Pedro Diaz de Villanuevaya şagird olaraq göndərdi.

1626-cı ildə Sevilyadaki San Pablo el Real Dominikan Manastırı ilə səkkiz ayda 21 rəsm əsəri yaratmaq üçün müqavilə imzaladı. On dörd rəsm Müqəddəs Dominikin həyatını təsvir etdi; digərləri Müqəddəs Bonaventura, Müqəddəs Tomas Aquinas, Müqəddəs Dominik və dörd kilsə həkimini təmsil edirdi.

1629-cu ildə Seviliyanın zadəganları Surbaranı şəhərdə daimi olaraq məskunlaşmağa dəvət etdilər, çünki rəsmləri Seviliyanın nüfuzunu artırdı və şəhərə şöhrət gətirdi. O, dəvəti qəbul etdi və həyat yoldaşı Beatrice de Morales və səkkiz köməkçisi ilə Sevilyaya köçdü. 1630-cu illərdə IV Filippinin rəssamı təyin edildi. 1640-cı ildən sonra sənətkarın nüfuzu sərt və kəskin üslubuna görə azaldı.

Surbaranın Caravaggio rəsmlərini görmək şansının olub olmadığı bilinmir, ancaq əsərlərində eyni real üslub və texnikadan istifadə etmişdir. Bəzi sənət tarixçiləri onun xarakterik güclü kompozisiyalarına ən böyük təsirin rəssam Juan Sanchez Kotan olduğuna inanırlar.

O, öz fiqurlarını əsasən din xadimlərindən-zahidlərdən seçirdi. Stili Caravaggio-dan daha təmkinli və incədir; kölgəsi ümumiyyətlə mavidir. Görkəmli effektlər, əsasən yüngül və kölgəli olan ciddi şəkildə həyata keçirilmiş ön planlar sayəsində əldə edilir. Arxa planlar tez-tez üzsüz və qaranlıqdır.

Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
