Albinizm - anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır.
Albinoslar ətrafdakılardan saçlarının, kipriklərinin ağ rəngdə, dərilərinin isə çəhrayı rəngdə olması ilə fərqlənirlər. Albinosların gözlərinin rəngi də fərqli və açıq olur. Onlar elmi dildə “albinos” adlanırlar. İnsanlarda iki cür albinizm mövcuddur: göz, dəri və saç rənginə təsir edən növ və sadəcə gözə təsir edən növü. Dərinin çəhrayı rəngdə olmasının səbəbi isə qan damarlarında meloninin olmamasıdır.
Yaranma səbəbləri:
Albinizmin inkişafının əsas səbəbi tirozin amin turşusunun metabolizminin pozulması, nəticədə melanin piqmenti sintezinin və toplanmasının tam blokadası və ya zəifləməsidir. Bu vəziyyətə melaninin əmələ gəlmə prosesində birbaşa və ya dolayı iştirak edən genlərin müxtəlif mutasiyaları gətirir.
Albinizmin hər bir tipi melaninin nəinki dəri və saçlardan, həm də görmə aparatından – gözün qüzehli qişası və piqmentli qatında olmaması ilə xarakterizə olunur. Bu, refraksiyanın pozulmasına, buynuz qişanın bulanıqlaşmasına, astiqmatizmə, çəpgözlüyə, torlu qişanın foveolyar hipoplaziyasına gətirib çıxarır. Albinizmin yalnız gözlərin zədələnməsi ilə gedən forması da mövcuddur. Həmin forma albinizmin göz tipi adlanır. Eyni zamanda, onlar dəri xərçənginə meyillidirlər. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.
Hazırda dünyada 12 tip albinizm sindromuna rast gəlmək olar.
Albinizmə nəinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə 10.000 heyvandan biri albinosdur. Bəzi ölkələrdə albinoslar aşkar ayrı-seçkiliyə məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadügərliyə kömək edir.
Mənbə: medicalpark.com
Tərcümə etdi: Aytac Musayeva