Bu gün:

Zeigarnik effekti


Zeigarnik effekti tamamlanmamış, bölünmüş işləri və ya təcrübələri tamamlanmış işlərdən daha asan yadda saxlamaq qabiliyyətini ifadə edən psixoloji fenomen anlayışıdır. Belə ki, əgər siz daim işləri yarımçıq qoyub getdiyinizi hiss edirsinizsə, bunun səbəbi beyninizin yarımçıq işləri xatırlamaqda daha seçici olması ola bilər! Gəlin bu təsirin tarixinə və mövzu ilə bağlı araşdırmalara nəzər salaq.

Zeigarnik Effekti (ZE) necə ortaya çıxdı?

1901-ci il təvəllüdlü rusiyalı psixoloq və psixiatr Bluma Wulfovna Zeigarnik tərəfindən hazırlanmış Zeigarnik Effektində maraqlı bir ilham mənbəyi var: ofisiantlar! 

1920-ci illərin əvvəllərində Bluma Zeiqarnik bir qrup psixoloqla, o cümlədən Bluma Zaiqarnikin doktorluq dissertasiyasının məsləhətçisi və Pozitiv Psixologiyanın banisi professor Kurt Kewin ilə Berlin Universitetindəki restorana yeməyə getdi. Restoranda ofisiant bütün sifarişləri qəbul edirdi və ofisiantın davranışı, sifarişlərə yanaşması qrupun diqqətini çəkdi; çünki ofisiant verilən sifarişləri kağıza yazmaq əvəzinə beynində saxlayırdı. Ofisiant xidmət prosesi başa çatana qədər sifarişləri uğurla yadda saxlaya bildi. O zaman doktorant olan Zeyqarnik bu vəziyyətlə maraqlanıb və ofisiantdan bunu necə bacardığını soruşub. Ofisiant sifarişlərini ağlına yazdığını və yeməyi insanlara verdikdən sonra bu zehni qeydləri beynindən sildiyini deyib. Bu bacarıqla maraqlanan Bluma Zeiqarnik və onun mentoru Kurt Kevin bu fenomen üzərində müxtəlif eksperimentlər aparmağa qərar verdilər. 

Zeigarnik effektini tədqiq etmək üçün keçirilən təcrübələr

Effektin adaşı Zeigarnik restoranda yaşadığı hadisədən sonra bu fenomeni araşdırmaq və fərziyyəsini yoxlamaq üçün bəzi təcrübələr hazırlayıb. O, eksperimentdə iştirak edən insanlardan laboratoriyada muncuqların bağlanması, tapmacanın həlli və ya riyaziyyat probleminin tamamlanması kimi orta hesabla 20 sadə tapşırığı yerinə yetirmələrini istəyib. Təcrübə boyu bəzi tapşırıqları yerinə yetirərkən iştirakçılara müdaxilə edilib və digər tapşırıqları kəsilmədən yerinə yetirməyə icazə verilib. Zeigarnikin bu təcrübədə məqsədi iştirakçıların yadda saxlamaq qabiliyyəti baxımından tamamlanmış tapşırıqlar və kəsilmiş tapşırıqlar arasında fərq olub-olmadığını görmək olub. 

Daha sonra iştirakçılardan eksperiment zamanı dəqiq olaraq hansı fəaliyyətlə məşğul olduqları soruşulub. İştirakçıların yarımçıq qalan tapşırıqları tamamlanmış tapşırıqlardan təxminən 90% daha çox xatırladıqları qənaətinə gəlindi. Təcrübə və araşdırmalar nəticəsində Zeiqarnik böyüklərin yarıda saxlanmış tapşırıqlar üçün bir növ “yaddaş üstünlüyü” olduğunu aşkar edib və uşaqlarda aparılan təcrübələr nəticəsində uşaqların yarımçıq qalan işləri tamamlanmış tapşırıqlardan orta hesabla iki dəfə çox xatırladığını bildirib.

Zeiqarnikin bu təsirini izahı bu idi ki, bir işə başlayan adam onu tamamlamaq ehtiyacı hiss edir. Tamamlamanın qarşısı alınarsa, zehin gərgin vəziyyətdə qalır, bu da stress yaradrı və yarımçıq işin yaddaşda yer tutmasına səbəb olur. Bu yolla o, tapşırığın yerinə yetirilməmişdən əvvəl kəsilməsinin, tapşırığa aid gərginlik səbəbiylə yenidən ağlına gələn məlumatın aktiv şəkildə məşq edilməsinə səbəb olduğunu və beləliklə, məlumatın yaddaşda daha uzun müddət saxlanmasına səbəb olduğunu təklif edib.

Zeigarnik effektini dəstəkləmək üçün müstəqil elm adamları tərəfindən də müxtəlif tədqiqatlar aparılıb. Yaddaş tədqiqatçısı John Baddeley 1960-cı illərdə iştirakçıların bir sıra anaqramları həll etdiyi bir araşdırma apardı. 

Təcrübədə iştirakçılara tamamlaya bilmədikləri anaqrammaların cavabları verilmiş və yadda qalan sözləri söyləmələri istənilib. Araşdırma nəticəsində iştirakçıların tamamlaya bilmədikləri anaqramların sözlərini uğurla tamamladıqları anaqramlardan daha yaxşı xatırladıqları müşahidə edilib. Kenneth McGraw və Jirina Fiala tərəfindən 1982-ci ildə aparılan bir araşdırmada iştirakçılara məkanla bağlı əsaslandırma tapşırığı verildi. İştirakçılar tapşırığı yerinə yetirməmişdən əvvəl onların müdaxiləsi kəsildi. Təcrübədə iştirak etmək üçün heç bir stimul verilməyən iştirakçıların 85%-i təcrübə bitdikdən sonra da tapşırıqları davam etdirmək və tamamlamaq istədiklərini bildiriblər.

Zeigarnik Effektini dəstəkləyən tədqiqatlar olsa da, əks sübut verən tədqiqatlar da var. Bu araşdırmalardan əldə edilən sübutlar Zeigarnik Effektinə təsir edən müxtəlif parametrlərin olduğunu göstərdi. Natamam tapşırığın xatırlanmasına təsir edən amillərin fasilənin vaxtı, müvəffəqiyyətlə başa çatdırmaq üçün motivasiya, iştirakçının yorğunluq səviyyəsi və tapşırıqla bağlı qərəzlilik kimi amillər olduğu irəli sürülüb.

Əslində, bu gün Zeigarnik effekti müxtəlif sənaye sahələrində çox populyardır və illərdir geniş şəkildə istifadə olunur.

Zeigarnik Effekti serialın ən həyəcanlı yerində epizodu bitirərək və kəsilən süjeti “Davam Ediləcək...” sözləri ilə həll olunmadan qoyub davam hissi yaratmaq üçün istifadə edilir və insanları təəccübləndirərək yeni bölümü izləməyə sövq edir. yeni bölüm gələnə qədər nə olacaq. Bundan əlavə, bu təsirə görə, əvvəlki epizodu unutma nisbəti iki epizod arasında əhəmiyyətli dərəcədə azalır. Nəticədə tamaşaçılar son bölümü aktiv şəkildə xatırlayır və yeni bölüm gələnə qədər motivasiyalı şəkildə yeni bölümü gözləyirlər.

Zeigarnik Effektinin istifadə edildiyi başqa bir sektor rəqəmsal dünyadır. İştirakı artırmaq, sayta daxil olma tezliyini artırmaq, insanları tapşırığı yerinə yetirməyə həvəsləndirmək və insanların məhsullara qayıtmasını saxlamaq üçün həyata keçirilir. Daha aydın desək; Xəbər saytları və bloqlar bu effektdən adətən böyük məzmun hissələrini kiçik hissələrdə təqdim etməklə istifadə edirlər, ancaq faktiki məzmuna çatmaq üçün onun bir hissəsini göstərirlər. “...” və “davam etmək” kimi istiqamətlər oxucunun məzmunu hələ bitirmədiyini göstərir və bununla da oxucularda maraq oyadır. İnstinktiv olaraq bu tapşırığı yerinə yetirmək istədikləri üçün oxucular bu seçimlərə klikləməklə əsas sayta daxil olur və saytlara kliklərin sayı artır.


Başqa bir misal, insanların aparıcı yaratma formalarını doldurmasıdır. Bu zaman insanlar ilk baxışda bütün formanı bir səhifə kimi görmək əvəzinə, irəliləmə düyməsinin köməyi ilə formanı doldurmağa imkan verirlər. İnsanlar maraqlanır və formanın sonuna gedirlər və Zeigarnik Effekti sayəsində daha çox istifadəçiyə çatmaq olar.

Eyni zamanda, bəzi saytlar tərəfindən geniş şəkildə istifadə edilən, arzu olunan məzmunun bir hissəsini göstərməklə bütün məzmuna daxil olmaq istəyini artırmaq üsulu Zeigarnik Effektindən istifadə nümunəsidir. İstifadəçilərin bütün məzmunu görə bilməsi üçün onları üzv olmağa və ya müəyyən pul müqabilində abunə olmağa yönləndirir və bununla da abunəliklərini artırırlar.

Zeigarnik effekti bəzi müəlliflər tərəfindən də istifadə olunur. Məsələn, britaniyalı yazıçı Çarlz Dikkens Oliver Tvist əsərində insanları həyəcanlandırmaq üçün bu effektdən istifadə etdi və bundan sonra nə baş verdiyini maraqlandıran oxucular seriyanı davam etdirdilər. Eyni şəkildə, bu təsir jurnallarda istifadə olunur və insanlar növbəti nömrəni almağa həvəslənirlər. Bu şəkildə davamlılıq təmin edilir.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Gülay Qəribova 






Paylaş
Şərh əlavə et