Günəş ləkələrinə qarşı təbii maskalar

Günəş ləkələrinə qarşı təbii maskalar

Günəş ləkələri bədənimizin günəşə ən çox məruz qaldığı nöqtələrdə yaranır. Bu ləkələr günəşin təhlükəli tərəflərini göstərir. 24media.az günəş ləkələrindən xilas olmanız üçün evdə hazırlaya biləcəyiniz təbii maska ​​reseptləri təqdim edir. 

Təzə qara üzüm

Bir ədəd qara üzümü ortadan iki hissəyə bölün. Günəş ləkəsinin olduğu yerə çəkin. Quruyana qədər gözləyin. Sonya yuyun. Hər gün bir dəfə təkrarladığınızda günəş ləkəsinin keçdiyini görəcəksiniz.

Alma sirkəsi.

Alma sirkəsini günəş ləkələrinə qarşı iki şəkildə istifadə edə bilərsiniz.

1) Bir stəkan suya 1 yemək qaşığı alma sirkəsi qatıb qarışdırın. Bir parça pambığı bu suya batırın və günəş ləkəsini silin. Quruduqdan sonra yuyun. Hər gün bunu təkrarlayın. Alma sirkəsinin bakteriyaları yox etmək və məsamələri sıxlaşdırmaq xüsusiyyəti var. Gecə yatmazdan əvvəl üzünüzü yuduqdan sonra, yəni təmiz üzə bu maskanı tətbiq etsəniz sızanağınız varsa azalar, qara nöqtələr yox olar. Sirkə tonik rolu oynaya bilər.

2) 3 stəkan suya 3 yemək qaşığı alma sirkəsi qatıb 5 dəqiqə qaynadın. Bu su soyuyana qədər buxar maskası edin.

Qatıq bal və limon suyu

1 yemək qaşığı qatıq, bal və limon suyunu yaxşıca qarışdırın. Günəş ləkələrinin üzərinə çəkin və quruduqdan sonra yuyun. Davamlı olaraq hər gün təkrarlayın.