Biz adətən gənc yaşlarımızdan yalan danışmağa başlayırıq. Hər insan həyatında bir dəfə yalan danışıb. Tədqiqatlar insanların niyə tez-tez yalan danışdığını araşdırıb.

Yalan danışmağa nə vaxt başlayırıq?
Araşdırmalara görə, əgər yalan insana fayda verirsə, o insan daha tez-tez yalan danışmağa başlayır. Yalan danışmaq kiçik yaşlardan başlayır, çünki uşaq uşaq olanda insan özünü güclü hiss edir.
İnsanlar yaşlandıqca və daha şüurlulaşdıqca yalanın əslində pis bir şey olduğunu başa düşürlər. Ancaq bəzən insanlar özləri haqqında qeyri-dəqiq məlumatlar təqdim edərkən yalan danışmaqdan çəkinmirlər.
Niyə yalan?
Bəs, insanları yalan danışmağa vadar edən psixoloji amil nədir? Bu vəziyyət hələ tam olaraq sübuta yetirilməsə də, araşdırmalara görə tez-tez yalan danışmaq özlüyündə bir şəxsiyyət pozğunluğu və hətta narsisizm əlaməti olaraq görülür.
Psixiatrların fikrincə, tez-tez yalan danışan insanlar şəfqət və empatiya göstərməyimizə imkan verən nevroloji əlaqəsi olmadığı üçün bu üsula müraciət edirlər. Beləliklə, narsistlər, sosiopatlar və psixopatlar, ekspert rəyinə görə, empatiya çatışmazlığına malikdirlər. Bu vəziyyət bir pozğunluq olaraq görülür, normal insanlar kimi empatiya duyğusu yoxdur.
Narsistik insanlar ətrafdakılara ümumiyyətlə səliqəli bir görünüş və həddindən artıq özünə güvənən davranışlar təqdim edirlər. Bununla belə, ekspertlərin fikrincə, bu davranışı nümayiş etdirən insanlarda dərin etibarsızlıq və kiçik tənqidlərə qarşı həssaslıq hissi var. Buna görə də narsistik insanlar öz ehtiyaclarını ödəmək üçün daim pis münasibətlər qururlar.
Empatiya yoxsulluğu
İnsanların düşüncələri və hissləri sizi maraqlandırmırsa, yalan danışmaq problem kimi görünmür.
Empatiyanın olmaması həm də vicdansızlıq deməkdir. Bir insanın yaşadığı çətinlik və ya əhval-ruhiyyə qarşı tərəfi narahat etmir. Necə ki, danışdıqları yalanlar başqalarını narahat etsə də, yalan danışan oxşar insanlara qəribə görünmür.
Şəxsiyyət pozğunluğu
Əgər yalan danışan insanlar bunu etməkdən çəkinə bilmirlərsə, mütəxəssislər çox vaxt bunun fərqinə varmayanlara şəxsiyyət pozğunluğu diaqnozu qoya bilərlər.
Bu insanlar çox yalan danışdıqları üçün dediklərinin yalan olduğunun fərqinə belə varmaya bilərlər. Burada əsas məsələ qarşı tərəfə göstərilməsi nəzərdə tutulan gücdür.
Özünü aldatmaq
Əgər insan dediyi yalanın nəticəsində bir xeyir görürsə, adətən əməlinə davam edir. Bu hərəkətlər sadəcə şifahi xarakter daşımamalıdır. İnsan bəzən özünü aldada bilər, hiss etmədiyi, istəmədiyi şeyləri etmək üçün özünü aldatdığı üçün bunu bir mənfəət kimi görüb hərəkətinə davam edər.
Yəni özünə və ətrafına qarşı namussuz davranışlar davam etdikcə bu hal daha da adiləşir.
Mənbə : Habertürk
Tərcümə etdi: Zəhra Niftiyeva
