Bu gün:

Azərbaycanın tanınmış xalq şairləri


Azərbaycan mədəniyyətinin incilərindən olan ədəbiyyatımız özünə məxsus rəngarəngliyi ilə fərqlənir. Digər sahələrdə olduğu kimi milli ədəbiyyatımızda inkişaf yolu keçmişdir. Klassik ədəbiyyatımızdan çağdaş ədəbiyyatımıza qədər şairlərimiz özünə məxsus yaradıcıllıq yolu keçmişdir. Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi və digər şairlərimizi qeyd etmək olar.


Ədəbiyyat real həyatın güzgüsüdür. Ədəbiyyat dedikdə müxtəlif elm sahələrinə dair mənbələrin cəmi nəzərdə tutulur. Siyasi ədəbiyyat, texniki ədəbiyyat, tibbə dair ədəbiyyat. Amma digər elmlərdən fərqli olaraq ədəbiyyat həyatı bədii təxəyyüllə, yəni obrazlı şəkildə əks etdirir. Həyatı, insanları obrazlı şəkildə təsvir etməklə incəsənətin digər sahələrinə yaxınlaşdırır. Bu mənada ədəbiyyat bir növ incəsənətin qoludur. Azərbaycanın  xalq şairlərinə gəldikdə Söhrab Tahir, Nəriman Həsənzadə, Fikrət Qoca, Sabir Rüstəmxanlı, Rəsul Rza, Zəlimxan Yaqub, Səməd Vurğun, Cabir Novruz, Osman Sarıvəlli, Məmməd Araz, Nigar Rəfibəyli, Hökümə Billuri, Hüseyn Arif, Bəxtiyar Vahabzadə və digərlərinin adını qeyd etmək olar. 


Azərbaycanın ən məhşur xalq şairlərindən olan Hüseyn Arif 1924-cü il iyunun 15-də Agtafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Bakı Pedoqoji məktəbində sonra isə ADU-nun Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Şair bədii yaradıcıllığa İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ kəndi" poemasına görə "Qızıl Oraq" mükafatına layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur.

 

Azərbaycanın digər xalq şairlərindən biri də Nəriman Həsənzadədir. 1931-ci ildə fevralın 18-də Qazax (İndiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma rayonlarında almışdır. Ali təhsilini isə 1949-cu ildə H. Zərdabi adına Kirovobad Dövlət Pedoqoji İnstitutunun (İndiki Gəncə Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstituna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyat tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Şairin xarici mətbuat səhifələrində "Vətənsiz" (2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında ) " Rumıniya" dərc olunmuşdur. Şair 2005-ci ildə xalq şairi, Heydər Əliyev mükafatı laureatı (2017) " İlin şairi" mükafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademik seçilmişdir.


Hazırladı:Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et