Bu gün:

Tükənmişlik sindromu nədir?


Tükənmişlik sindromu fərdin öz karyerasından, dostluqlarından və ya ailə münasibətlərindən aldığı həzz və nailiyyət hissini azaldan və fərdi şəxsiyyətinin itirilməsinə inamla nəticələnən əqli və fiziki tükənmə vəziyyətidir. 

Bu həm də iş həyatındakı stressin bir formasıdır. Peşəkar və ya evdə uzun saatlarla işləmək, xəstə ailə üzvünə qulluq etmək və ya siyasət və ya sosial təminatla bağlı narahatedici xəbərlərə şahid olmaq kimi stresli vəziyyətlərə daim məruz qalmaq tükənmişlik sindromuna səbəb ola bilər. İnsanın və ya ətrafının tükənmişlik sindromunun varlığını tanıması həmişə asan olmur. Tükənmişlik sindromu tibbi olaraq qəbul edilmiş bir diaqnoz deyil.

Psixoloq Herbert Freudenberger tərəfindən 70-ci illərdə təqdim edilən tükənmişlik sindromu anlayışı fərddə ağır fiziki, əqli və emosional yorğunluğa səbəb olan ağır stress vəziyyətini təsvir edir. Tükənmişlik sindromu adi yorğunluqdan çox daha ağır və daha pis bir ruhi vəziyyətdir və fərdlərin stresslə öhdəsindən gəlməsini və gündəlik vəzifələri yerinə yetirməsini çətinləşdirir. Tükənmişlik sindromu yaşayan insanlar tez-tez ətrafdakılara təmin edəcək və ya verəcək heç bir şeylərinin qalmadığını hiss edirlər və hətta səhərlər yataqdan qalxmaqdan qorxa bilərlər. Onlar hətta həyata pessimist baxış keçirə və daim ümidsiz hiss edə bilərlər. Tükənmişlik sindromu öz-özünə keçə biləcək bir vəziyyət deyil. Uzun müddət müalicə edilmədən irəliləməyə icazə verilərsə, depressiya, ürək xəstəliyi və diabet kimi ciddi fiziki və ya psixoloji xəstəliklərə səbəb ola bilər.

Tükənmişlik sendromuna nə səbəb olur?

Tükənmişlik sindromu daha çox iş və iş stresi ilə əlaqədardır; insan işdən kənarda öz həyatında sevinc hiss edə, işdə isə bədbəxt ola bilər. Depressiyada olan neqativ emosiyalar həyat boyu yayılır. Bununla belə, ikisi bir-birini tətikləyə bilər. Depressiyaya düşən insanın tükənmə ehtimalı yüksək olsa da, tükənmə artmaqda davam edərsə və digər neqativ hadisələrlə birləşərsə, bu, insanı depressiyaya da sürükləyə bilər. Daim yüksək səviyyədə stressə məruz qalan hər kəs tükənmişlik sindromunu inkişaf etdirə bilər. Başqalarına müdaxilə etmək üçün peşəkar vəziyyətdə olan şəxslər, fövqəladə hallara ilk müdaxilə edənlər, həkimlər və tibb bacıları kimi peşəkarlar kimi tükənmişlik sindromuna xüsusilə həssasdırlar. Karyera ilə bağlı tükənmişlik sindromu ilə yanaşı, bu tip həddindən artıq yorğunluq uşaqlara, xəstələrə və ya yaşlılara baxan şəxslərdə də müşahidə oluna bilər. Son elmi araşdırmalar, həkimlər və ya biznes menecerləri kimi ana və ataların tükənmişlik sindromundan təsirlənə biləcəyini müəyyən etdi. Daimi nəzarət ehtiyacı, mükəmməllik və “A Tipi” kimi şəxsiyyət xüsusiyyətləri də bir insanın tükənmişlik sindromu inkişaf riskini artıra bilər.

Mənbə: Acıbadem.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova



Paylaş
Şərh əlavə et