Bu gün:

“Dərmanı həkim tövsiyəsi olmadan qəbul etmək qəti düzgün deyil“


24Media.az-ın “1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi tibb üzrə ekspert Aydın Əliyevdir.


-Həkim tövsiyəsi olmadan qəbul edilən dərmanların insanlar üçün hansı fəsadları ola bilər?


Məsələn, Xəstənin ürəyi ağrıyır, ürəyindən şikayət edir. Həkim yoxlayanda görür ki, xəstənin problemi ürəyində deyil, məsələn, qaraciyərindədir. Qaraciyərdəki problem, orada olan ağrı sinir sistemi vasitəsi ilə ürəyə ötürülür və belə halda xəstə ürək dərmanı qəbul edir və nəticədə, həm ürəyin, həm də qaraciyərin işini pozmuş olur. Bu bir misaldır və belə hallar çoxdur. Yaxud da ki xəstə ürəklə əlaqədar dərman qəbul edir, həmin dərman ürəyin işini artırır, amma normalda mədə-bağırsağın işini-hərəkətini azaldır. Yəni sekresiya-ferment şirə ifrazını azaldır, qidanın həllini pozur. Bəlkə, o xəstənin mədəsində turşuluq azdır, hərəkət azdır, bəlkə də xəstədə qəbizlik var. Bunun kimi həkim tövsiyəsiz dərman qəbulunun nə qədər fəsadları ola bilər. Bundan başqa, qan azlığı xəstəliyi-anemiya xəstəyə dəmir preparatları verir. Dəmir bədəndə dəmirin toksiki elementlərini aradan qaldıran bir maddə vardır ki, onunla birləşəndə xəstəyə kömək edir, əgər o maddə yoxdursa, dəmir zəhərə çevrilir. Nəticədə, böyük fəsadlar, insultlar verə bilər, tromblar, emboliyalar, toksiki effektlər ola bilər. Ona görə də həkimsiz dərman qəbulu qəti olmaz. 

O, nəqliyyat vasitələrində, televizorda və.s dərman reklamlarının əleyhinə olduğunu vurğulayıb. Bildirib ki, dərmanı həkim reklam etməlidir, həkim diaqnoz qoymalıdır. Bir dərman yalnız bir orqana təsir etsə idi, bu qədər fəasdlar olmaz idi. Və o, bu mövzuda yanvar ayından yeni qərar qəbul olunacağını bildirib. Dərmanların resseptdə adı yox tərkibi göstəriləcək. Yəni həkim yazır ki, o dərmanın tərkibində maqnezium var. Artıq cürbəcür satış adları ilə yox, ona oxşar effekt göstərən yox, konkret maqnezium lazımdırsa, maqnezium yazılacaq. 


 Fəridə Sadıqzadə

Paylaş
Şərh əlavə et