Soyuq havalarda alaq otlarının tozcuqları və ya qapalı mühitlərdə rütubət... Payızla birlikdə allergik problemlər artıb. Gündəlik həyatda sadə ehtiyat tədbirlərinə əməl etməklə və həkimlərin tövsiyələrinə əməl etməklə bütün bunların qarşısını almaq mümkündür.
Allergik pozğunluqlar bir çox insanın problemidir... Üstəlik, mövsümi keçidlərdə bu pozğunluqlara daha çox rast gəlinir. Payızda, eləcə də təbiətin oyanmağa başladığı yaz aylarında allergik problemlər çoxalır.
Payızla birlikdə artan bu pozğunluqların bir çox səbəbi var. Tozcuqlar, rütubətli mühitlərdə artan gənələr və havaların soyuması ilə bağlı daha uzun müddət qapalı yerlərdə qalmaları başlıcadır. Yuxarı tənəffüs yolu infeksiyalarının əlavə olunması bu pozğunluqları ayırd etməyi çətinləşdirir və gedişatını pisləşdirir. Ancaq sadə ehtiyat tədbirləri və vaxtında edilən müdaxilə ilə bütün bu narahatlıqları aradan qaldırmaq mümkündür.
Payız aylarında artan allergik pozğunluqları Sağlamlıq Elmləri Universiteti Süreyyapaşa Sinə Xəstəlikləri və Sinə Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanası İmmunologiya və Allergiya Xəstəlikləri Təhsil Klinikasından məsul Prof. Dr. İsmət Bulutla danışdıq.
"Alaq otlarının tozcuqları xüsusilə avqustun sonundan noyabr ayına qədər Türkiyə atmosferində cəmləşir. Bu prosesdə tez-tez alaq otlarının tozcuqlarına bağlı allergik rinit, yuxarı tənəffüs yolları allergiyası və yuxarı tənəffüs yolu allergiyalarına yoldaşlıq edən göz allergiyası kimi vəziyyətlərlə qarşılaşırıq",-dedi.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
