Bu gün:

Günəş tutulması necə baş verir?


Günümüzdə bir çox təbiət hadisələri baş verir. Bəzən onların bəzilərinin fərqində belə olmuruq, bəziləri isə bizi heyran qoyacaq dərəcədə hiss edilir. Bunlardan biri də günəş və ay tutulmalarıdır ki, tez-tez baş verməsələr də, heyrətamiz dərəcədə saf bir görüntüyə malik olurlar.

Günəş tutulması - Günəşin Yerdən tam və ya qismən görünməməsidir. Bu zaman Günəş, Yer və Ay bir sıraya düzülür. Belə hadisədə Ay Günəşlə Yerin arasında yerləşir. Bu ən çoxu 7 dəq., əksər hallarda isə 1-2 dəq. davam edir.

Hələ 3000 il bundan əvvəl Çin astronomları Günəş və Ау tutulmalarının baş vermə vaxtını əvvəlcədən təyin edə bilirdilər. Müasir astronomiya isə Günəş və Ау tutulmalarının Yer səthinin hansı hissəsində və nə vaxt baş verəcəyini çox böyük dəqiqliklə təyin etməyə imkan verir.

Ауın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər.Günəş tutulması Ay Yerlə Günəş arasında olanda, yəni təzə Ay fazasında baş verir. Təzə Ay fazasında Ay Günəş şüalarının qarşısını kəsir və Yerə tərəf konus şəkilli kölgə buraxır. Bu zaman Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarımkölgədəki müşahidəçi üçün isə qismən Günəş tutulması baş verir.

Ayın Günəşə və Yerə görə vəziyyətindən asılı olaraq bəzən Ayın bucaq diametri Günəşinkindən kiçik olur. Bu halda Ayın buraxdığı kölgə konusunun təpəsi Yer səthinə çatmır. Onda Ay diski Günəş diskini tamam örtə bilmir, onun kənarlarında işıqlanmış halqa görünür. Belə tutulma halqavari Günəş tutulması adlanır.

İnsanlar, xüsusilə, meteo-həssas insanlar, Günəş və Ay tutulmaları zamanı özlərini çox narahat hiss edirlər. Bəzilərinin qan və beyin təzyiqləri yüksəlməyə və hətta beyində qanaxmaya səbəb olur. Dünyanın hər bir yerindən, Günəş tutulmasını izləmək üçün turistik səfərlərə belə çıxaraq, Günəş və ya Ay tutulmasını izləməyə gedirlər.

Mənbə: timeanddate.com 

Tərcümə etdi: Aytac Musayeva 




Paylaş
Şərh əlavə et