Bu gün:

Xarıbülbül-Vətənə məhəbbət rəmzi


Çiçəklər çox vaxt ayrı-ayrı sülalələrin, eləcə də şəhərlərin və bütün ölkələrin simvollarına çevrilir. Məsələn, Belçikanın simvolu qırmızı Xaşxaşdır, İrlandiyada yonca Şemrok, Koreyada Hibiskus hörmətlə qarşılanır. Azərbaycanın da öz simvolu var-Nar Çiçəyi. Azərbaycanda XarıBülbül adlı kövrək, zərif çiçək bitir. Onu isə ancaq bir yerdə - Şuşa şəhərində tapmaq olar. Başqa yerdə kök salmır - yalnız Şuşa dağlarının yamaclarında. Ona görə də Xarı-Bülbül bu şəhərin simvoludur. Bir əfsanəyə görə çiçəyin adı bitki və heyvanların danışa bildiyi bir dövrdə yaşayan bülbüllə qızılgülün sevgi hekayəsindən götürülüb. Bülbül gecə-gündüz sevimli gülünə gözəl nəğmələr oxuyurdu. Və bu sevgi Xaranın(kim olduğu məlum deyil) xoşuna gəlməyib. O, sevgililəri ayırmaq qərarına gəlib və mahnılarını gülə oxumağa başlayıb, lakin rədd edilib. Qəzəblənən Xar çiçəyə hücum etib. Bunu görən bülbül başqa bir mahnı oxuyaraq bütün çiçəkləri köməyə çağırır. Çiçəklərin qurtuluş duası möcüzə yaradıb - bülbül, qızılgül və Xar bir bitkiyə çevrilib-yazda çiçək açan və budaqda oturan quşu xatırladan Xarı-Bülbül. Bir çoxları çiçəyin gözəlliyindən ilhamlandılar: zərgərlər, dizaynerlər, stilistlər, şairlər, musiqiçilər. Kövrək XarıBülbülün qeyri-adi obrazı şeirlərdə, geyimlərdə, xalça naxışlarında, musiqi kollektivlərinin adlarında, zinət əşyalarında öz əksini tapmışdır. Çiçək Qırmızı Kitaba daxil edilmişdir. Onu müxtəlif ölkələrdə dəfələrlə yetişdirməyə çalışdılar, amma təəssüf ki, alınmadı. Hər dəfə bitki ölürdü. Yalnız Şuşada hər yaz 3 ləçək çiçək açır. 


Mənbə:gobaku.ru


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et