Bu gün:

İlanlar necə təkamül edib?


İlan sancması əsasən tropik inkişaf etməkdə olan ölkələrin kənd yerlərində baş verən ümumi və tez-tez dağıdıcı ekoloji və ya peşə xəstəliyidir. İlan zəhərləri toxuma reseptorlarının geniş spektri üçün spesifikliyi ilə zülal və peptid toksinləri ilə zəngindir. Bu onları klinik cəhətdən çətin, elmi cəhətdən cəlbedici edir.

 


İlan qorxusu eksperimental psixoloqları və təkamülçü bioloqları maraqlandıran güclü, ibtidai və bəlkə də anadangəlmə insan duyğusudur. Zəhərli ilanlar demək olar ki, hər bir ölkədə geniş yayılmışdır.

İlanların təkamülünü öyrənmək paleontologiya baxımından çox çətindir, çünki ilanların sümükləri kifayət qədər kövrək və kiçikdir, bu da fosilləşməni çox çətinləşdirir. Zəhərli dişləri olan ilan qalıqları ən azı alt Miosen dövründə aşkar edilmişdir, ən qədim ilan fosili isə Kretase dövrünə aiddir.

Ən erkən ilan qrupları boa ilanları və pitonlardır. Bu ilan qrupları ilanların sürünənlər təkamülündən ilk dəfə ayrılan iki ilan qrupudur.

İlan zəhərləri bütün təbii zəhərlər arasında ən mürəkkəbidir. Hər hansı bir ilan növünün zəhəri 100-dən çox müxtəlif toksin və toksin olmayan zülal və peptidlərdən ibarət ola bilər. Crotalus (çıngırtılı ilanlar) ən zəhərli ilan növüdür.

İlan zəhərinin effektivliyi təkcə onların sistematik əlaqəsinə və ya zəhərin növünə görə deyil, həm də ilanın yaşına, dişləməzdən əvvəl qidalanmasına və hətta ətraf mühitin temperaturuna görə dəyişir. Ən əsası, hər bir heyvan hər zəhər növünə fərqli reaksiya verir.


Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et