Bu gün:

Ən təhlükəli göz xəstəlikləri


12 oktyabr Ümumdünya Görmə Günündə qarşısı alına bilən korluq və görmə qüsurları məsələsinə qlobal anlamda diqqət yönəldilib. Mütəxəssislər görmə itkisinə səbəb ola biləcək diabet, makula degenerasiyası, qlaukoma və kataraktaya qarşı xəbərdarlıq ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qlobal miqyasda 1 milyard insanın qarşısı alına bilən və ya həll olunmayan görmə pozğunluğu var.  Bu 1 milyard insanın yaşadığı problemlərə baxdığımızda, 123,7 milyon insanın əziyyət çəkdiyi refraktiv qüsur ilk sırada gəlir. Bunun ardınca 65,2 milyon insan katarakta, 6,9 milyon insan qlaukoma, 4,2 milyon insan buynuz qişanın bulanıqlığı, 3 milyon insan isə diabetik retinopatiya səbəbindən görmə problemi yaşayır. Bundan əlavə, təxminən 826 milyon insan qocalığın səbəb olduğu səbəblərdən yaxın və uzaq görmə qabiliyyətinin itirilməsinə malikdir. Oftalmoloq Opr. Dr. Ercan Sağlam 12 oktyabr Dünya Görmə Günündə göz sağlamlığı ilə bağlı məlumat verdi. Oft. Dr. Sağlam, "Korluq, görmə qabiliyyətinin tamamilə olmaması və ya gündəlik həyatı çox təsir edəcək dərəcədə itirməsidir. Qanuni olaraq korluq, görmənin 1/10 və ya daha az olduğu vəziyyət üçün istifadə edilən bir termindir" deyib.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et