
Orta əsr Avropasını ələ keçirən və milyonlarla insanların ölümünə səbəb olan Vəba xəstəliyi, bir digər adıyla “Qara ölüm” dünyanın və insanların başına gəlmiş ən faciəvi hadisələrdən biri olub.
Vəba xəstəliyi, ilk olaraq, 1331-ci ildə Çində yayılmağa başlayıb. 1338-ci ildə Baykal gölü, 1345-ci ildə Volqa çayı ətrafındakı ərazilərdə qeydə alınıb
1345-ci ildə Monqol orduları Krımda Ceneviz koloniyasını mühasirəyə almış, lakin ordunun çox hissəsi vəba xəstəliyindən məhv olmuşdu. Monqollar ölülərdən qurtulmaq üçün onları gəmidən atmış və elə məhz bu səbəbdən Vəba xəstəliyi daha çox əraziyə yayılmışdı. Həkimlər və digər insanlar bu xəstəlikdən qorunmaq üçün qara paltar geyinib, üzlərinə qarğa üzü formasında maska taxırlarmış.
Xəstəliyə yoluxan insanın bədəni titrəməyə başlayırmış ki, buna da avropalılar “ölüm rəqsi” deyirlərmiş və xəstə sadəcə 2, 3 gün xəstəliyə müqavimət göstərə bilirmiş. Xəstəlikdən sonra bədəndə qalan yaralar qara rəngli olduğu üçün elə bu xəstəliyi “Qara ölüm” adlandırıblar.
İtalyanlar xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstə olanları, və ya artıq ölənləri xüsusi bir otağa qapadırlarmış. Digər ölkələrində isə xəstəlikdən ölənlər yandırılmağa başlanılmışdı.
Ötən 200 il ərzində 7 vəba pandemiyası, ən sonuncusu isə 1961-ci ildə İndoneziyada baş verib. 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra xəstəlik yenidən baş qaldırıb və 700000 əhali bu xəstəliyə yoluxub, 9000-dən çox əhali dünyasını dəyişib. Vəba 19-cu əsrdən yayılmağa başlayandan bəri 10 milyonlarla insanın ölümünə səbəb olub.
1854-cü ildə Con Snou adlı ingilis həkim vəbaya çirkab sularının səbəb olduğunu aşkarlayıb. Buna görə də Avropa və Şimali Amerika ölkələri su təchizatlarını filterdən keçirir və xlor əlavə edirlər. Hal-hazırda bu xəstəliyə yoluxan olmasa da, Vəba xəstəliyi öz dövrünün ən qorxunc və dəhşətli xəstəliyi olaraq dünya tarixinə düşüb.
Mənbə: ncbi.nlm.nih.gov
Tərcümə etdi: Aytac Musayeva
