Bu gün:

Qohum evliliyinin nəticələri- Təranə Həsənovayla “1 sual, 1 cavab”


24media.az-ın ”1 sual,1 cavab” rubrikasının  budəfəki müsahibi həkim-ginekoloq Təranə Həsənovadır. O, qohum evliliklərindən doğulan uşaqlarda yaranan xəstəliklər haqqında danışıb.

Qohum evliliyindən doğulan körpələrin sağlamlıq durumları necə olur?  

Qohum evliliyinin fəsadları çoxdur. Əsasən, belə münasibətdən doğulan uşaqlarda genetik problemlər yaranır. Mən bunu təcrübəmdə də yaşamışam ki, əmi qızı-əmi oğlu və xala oğlu-xala qızı arasında olan nigahdan doğulan körpələrdə xəstəliklər olur. Həmçinin belə bir nümunə göstərmək olar. Tutaq ki, iki xala qızı və xala oğlu ailə qurur. Bu zaman birinci ailədə doğulan uşaqların birincisi xəstə, digərləri sağlam; ikinci ailədə isə doğulan hər üç uşaq sağlam ola bilər. Bu da onu göstərir ki, qohum evliliyindən doğulan bütün uşaqlar xəstə olmaya bilər. Həmçinin, uşaq doğulandan aylar sonra, hətta illər sonra belə genetik xəstəliklər yaranır. Amma təəsüflər olsun ki, hamiləlik zamanı ana bətnindəki olan döldə hər hansı genetik xəstəliyin olub-olmamasını müsahidə etmək olmur. Bunu ancaq klinik laboratoriya instrumental müayinələr vasitəsilə bilmək olar. Hansı ki, o bizim ölkəmizdə hələ yoxdur. Məsələn, geniş yayılmış kardosentez haqqında danışa bilərəm. Bu, Türkiyədə son 15 ildə dövlət xəstəxanalarında həkimlər tərəfindən həyata keçirilir. Kardosentez vasitəsilə həkimlər ana bətnində olan döldə qüsurlar olub- olmadığını müəyyən edirlər. Daha sonra genetik laboratoriya da həkimin apardığı müalicənin nəticəsini təsdiqləyir və ona uyğun qərar verilir ki, hamiləlik sonlandırılsın, yaxud davam etsin.

 
24media.az xatırladır ki, qohum evliliyindən yaranan ən çox rast gəlinən irsi xəstəlik talassemiya qan xəstəliyidir. Qan xəstəliyindən sonra ikinci yerdə ferment , qlükoza-6-fosfatdehidrogen çatışmazlığı regionlarda daha çox görülən qohum evliliyinin fəsadları siyahısındadır. Üçüncü yerdə maddələr mübadiləsinin pozulması dayanır. Həmçinin, selyakiya xəstəliyi qlütenə həssaslıq, qaraciyər, mərkəzi sinir sistem xəstəlikləri genetik yolla qazanılan xəstəliklərdəndir. Ən yaxın qohumlar arasında lallıq, karlıq riskidə çox yüksəkdir. Genetik xəstəliklər sırasında daun sindromlu uşaqların doğuşu Azərbaycanda çoxluq təşkil edir. Bu uşaqlarda psixi pozğunluq , nəsil törətmə qabiliyyətinin olmaması, onların ömrünün qısa olması kimi xüsusiyyətlərlə səciyyələnir. Anadangəlmə ürək qüsurları, dördbarmaqlıq, gözün qüzehli qişasında ləkənin olması qohum evliliklərinin yaratdığı problemlər, əmələ gətirdiyi fəsadlar sırasındadır.

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et