Bu gün:

"Peşə vərdişinin təhsillə əlaqəsi mütləqdir"


24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonaqı təhsil eksperti Qardaşov Rəşaddır. O, Azərbaycandakı peşə təhsili ilə əlaqədar danışıb.


-Peşə təhsilini necə dəyərləndirirsiniz?

Təhsil və təcrübə bir-biri ilə əlaqəli şəkildə inkişaf etməlidir. Bu baxımdan təcrübənin və xüsusilə, peşə vərdişinin təhsillə əlaqəsi mütləqdir. Peşə təhsili birmənalı olaraq Azərbaycan elminə və təhsilinə xidmət etməlidir və edir. Bir üstün cəhəti də ondan ibarətdir ki, bu sahədə həm çalışan həm də oxuyan şəxslər birbaşa istehsalatdan, yəni təcrübədən gəlir. İstər keçmiş Sovet təhsilində, istərsə də qərb təcrübəsində aydın şəkildə görünür. Əgər orta təhsili 1-ci pillə, ali təhsili isə 3-cü pillə kimi qəbul etsək bu zaman peşə təhsili ortada yəni, 2-ci pillədə olacaq. Bu da o dəməkdir ki, peşə təhsilli mütəxəssislər orta ixtisaslı kadrlar kimi cəmiyyətə xidmət etməlidirlər.
Azərbaycan Respublikasının peşə təhsili haqqında qanunda və Prezidentin imzaladığı sərəncamlarda, dövlət tədbirləri planında peşə təhsilinin mahiyyəti, məzmunu, ona verilən tələblər öz əksini tapmışdır.
İndiki zamanda və çox yaxın perspektivdə bizə çoxlu sayda peşə təhsili olan mütəxəssis lazım olacaq.

Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et