
Adından da göründüyü kimi, süni intellekt təbii olaraq inkişaf etməyən və insan əli ilə hazırlanmış maşın və robotlara yüklənən rəqəmsal zəka nümunəsidir.
Kompüter elmində ağıllı podratçıların mövzusu olan süni intellekt, öz mühitini təyin edən və məqsədə çatmaqda müvəffəqiyyət şansını maksimum dərəcədə artırmaq üçün hərəkətə keçən hər hansı bir cihaz olaraq da təyin olunur. Süni intellekt, konseptual xüsusiyyətlərə malik olan ağıllı maşınlar olaraq təyin edilə bilər. İnsanların problem həll etmək və öyrənmək, digər insanlarla ünsiyyət qurmaq funksiyalarını daşıyır.

Süni intellekt necə yaranıb?
Süni intellekt sahəsi insan intellektini çox yaxşı müəyyən etmək və bir maşının təqlid edə bilməsi ideyası əsasında yaradılıb.
21-ci əsrdə süni intellekt texnikaları kompüter texnologiyasındakı inkişaflar, məlumatların sayının artması və nəzəri anlayışlar kimi bir çox yeniliklərə məruz qalmış və yaşanmaqdadır.Süni intellekt idman yarışlarında, sağlamlıqda, avtomobildə, video oyunlarında, maliyyə sahələrində olduqca tez-tez istifadə olunur. Bir çox alimlər zəkanın bəşəriyyətdən sonra dünyanın yeni hökmdarı olacağını iddia edir.
Tərcümə: Fidan Əlizadə
