Bu gün:

İlk feminist qadın


8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində bir tekstil fabrikində son dərəcə əlverişsiz şəraitdə və çox aşağı maaşla çalışan qadın işçilərin başladığı tətilin qanla yatırılması nəticəsində 146 qadın işçi həyatını itirdi. Halbuki onların istədikləri tək şey daha yaxşı şəraitdə işləmək, 10 saatlıq iş saatı və bərabər işə bərabər maaş almaq idi. II. 1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən İnternasionalın toplantısında Almaniya Sosial Demokrat Partiyasının aparıcı qadınlarından biri olan Klara Setkinin təklifi ilə 8 mart illərdir Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Məlum olduğu kimi, həmin Nyu-York qadın işçilərinin öz hüquqlarını bərpa etmək mübarizəsini feminist hərəkatları da ruhlandırıb. 


Səbəb, ədalət, həqiqət-bu kontekstdə o, kişilərin üstünlük təşkil etdiyi şərtlərin qırıla biləcəyini müdafiə edir. Pizanın son böyük əsəri 1413-cü ildə nəşr olunan "Sülh kitabı" idi. Bu, Fransadakı vətəndaş müharibəsinə qarşı yazılmış bir kitabdır. O, dövrün padşahına müdrik, ədalətli, şərəfli, dürüst və nəhayət, ictimaiyyətə açıq, yaxın olmağı təklif edir. 

Belə bir gündə 15-ci əsr Fransasında yaşamış mühüm qadın yazıçı Kristin de Pizanı necə xatırlamayaq? O, qadınların haqqı bir yana, sosial varlıq sayılmadığı bir əsrdə qadın hüquqları uğrunda mübarizə aparan böyük qadın idi. 1365-1430-cu illər arasında yaşamış yazıçı, şair və filosofdur. Bir çoxumuz Simone de Bovuar sayəsində ondan xəbərdar olduq. Beauovir Pizandan “cinsiyyətini müdafiə etmək üçün qələmindən istifadə edən ilk qadın” kimi bəhs edir. Həm də ona görə ki, o, yazı yazaraq çörək qazanan ilk qadın idi. 

Christine de Pizan haqqında ən əhatəli məlumatı Gerda Lernerin "Feminist şüurun yaradılması: Orta əsrlərdən on səkkizinci yüzilliyə qədər" kitabında oxuya bilərsiniz. Bu gözəl kitabdır, tapıb oxumağınızı tövsiyə edirik, kişilərin dominant olduğu dünyaya müqavimət göstərən möhtəşəm qadınlardan bəhs edir.

Təbii ki, qadınların həyatının indikindən qat-qat çətin olduğu və qadınların təhsil imkanlarının olmadığı bir vaxtda Pizanın necə qadın hüquqları müdafiəçisi kimi mövcud ola biləcəyini düşünmək olar. Bəzi mənalarda o, şanslı sayılırdı. Əvvəla, onun qadın təhsilinə inanan atası və onun intellektual marağına dəstək verən, araşdırmaçı xarakterinə təkan verən həyat yoldaşı var idi. Biz buna şans deyirik. Ən azından atasına, sonra həyat yoldaşına qarşı hansısa hüquqlar uğrunda mübarizə aparmalı deyildi. Həyat yoldaşının ona göstərdiyi dəstək, həm də özünə inamını artırdı, o, 20 yaşlarında dul qalanda və üç övladını böyüdəndə ona çox kömək etdi.

Başqa bir şans, gördükləri işlərdə Fransa Krallığının dəstəyini alacaqlarıdır. Son dərəcə qəribə səslənir, amma biz başa düşürük ki, o, kral ailəsinin fikirlərini qəbul etdirən birisidir. Təbii ki, qəbul etsələr də, səltənət qadın haqları üçün bir addım da atmadı.

O, həm də şeir və siyasi tənqid yazıb.

Şeir yazırdı, balladaları da var idi. Bu məlumdur. Onun dövründə bəzi fikirlərini şeir və ya ballada şəklində ifadə etmək istəməsini başa düşmək olar. Dövrün kişi yazarları, mütəfəkkirləri də öz etirazlarını bu şəkildə ifadə etmişlər. Nədənsə sənətin qoruyucu olduğuna inanırdılar. Lakin de Pizan təkcə şeirlər və balladalar yazmırdı. Onun nəsr yazıları və siyasi qiymətləndirmələri də var idi. O, Janna Dark-a minnətdarlığını bildirən elegiyalar və Fransa kralı Çarlzın həyatını yazıb, lakin bu gün ən çox qadın hüquqları ilə bağlı yazıları ilə yadda qalıb. Onun belə xatırlanması yaxşı haldır. Çünki onun yazdıqları gözəl mətnlərdir. Onun polemik tərəfinin də olduğunu deyirlər. Onun 1339-cu ildə çapdan çıxmış “Eşq Tanrısı” adlı kitabında dövrün mizoginist yazarlarına verdiyi cavablar çox maraqlıdır. Onun çoxsaylı kişi yazarlarla ədəbi müzakirələri də var. Onun ən məşhur kitabı "Qadınlar şəhəridir" . İngilis dilində çap edilmişdir. O, bu kitabda qadınların cəmiyyətə verdiyi töhfələri üç təməl üzərində qurur: ağıl, ədalət, həqiqət. 

Venesiyada doğulduğu üçün italyanlar “bizdən biri” adlandırır, həm də fransızlar özlərindən biri hesab edirdi, lakin biz bilirik ki, o, dünyanın bütün qadınlarına aid idi. Puissydəki monastırda öldü. Fransada, 1430-cu ildə, 66 yaşında. Ancaq o, hələ də "sağdır".

Mənbə: Cumhuriyet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et