Bu gün:

Sidik qaçırma üçün məşq formulu


Qadınlarda sidik qaçırma problemi həyatı kabusa çevirə bilər. Ümumiyyətlə, orta yaşlı və yaşlı qadınlarda görülən bu şikayətlərlə mübarizə yolu bəzən cərrahiyyə, bəzən tibbi dərmanlar, bəzən də fiziki müalicədir. Xüsusilə Kegel idmanı ilə zəifləmiş çanaq əzələləri güclənir.

Doğum və Ginekologiya Mütəxəssisi Dr. Hakan Seven qadınlarda sidik qaçırmanın səbəbləri, risk faktorları, simptomları və müalicə üsullarını açıqlayıb. Dr. Hakan Seven, sidik qaçırmanın orta yaşlı və yaşlı qadınların qarşılaşa biləcəyi ümumi bir problem olduğuna diqqət çəkib.

Doğuş zamanı travma

Dr. Hakan Seven "Qadınlarda sidik qaçırma şikayəti bir neçə fərqli səbəblə ortaya çıxır. Bu vəziyyətlər tək başına meydana gələ bilər, lakin çox vaxt eyni adamda birdən çox səbəb eyni anda görülə bilər. Normal doğum zamanı meydana gələn travmalar çanaq dibinin əzələlərində zəifliyə səbəb olaraq sidik qaçırma probleminə səbəb ola bilər",- dedi. 

Böyük körpələrin doğulması və doğuşların sayının artması ən mühüm səbəblərdir. "Yaşlanma prosesində çanaq əzələləri zəifləyə, orqanizmin sidik kisəsinə nəzarəti pisləşə bilər ki, bu da sidik qaçırma riskini artıra bilər",- deyib. Doktor Hakan Seven digər səbəbin menopoz zamanı hormonal dəyişikliklər olduğunu "Şəkər xəstəliyi, əvvəlki cərrahi əməliyyatlar, radioterapiya və oxşar vəziyyətlər də sidik qaçırmaya səbəb ola bilər",- deyib. 

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et