Bu gün:

Cib telefonu ilk zənginin 50 illiyini qeyd edib


50 il əvvəl, 3 aprel 1973-cü ildə Motorola mühəndisi və meneceri Martin Kuper ilk mobil telefon danışığını edib.

3 aprel 1973-cü ildə texnologiya dünyasında yeni bir dövr açıldı. Düz 50 il əvvəl "Motorola" nın mühəndisi və ixtiraçısı Marti Kuper Nyu - York küçələrindən birində çəkisi bir kiloqramdan bir qədər az olan və 25 dəqiqəlik batareya ömrü olan telefondan istifadə edib. Kuper bu zəngi edəndə mobil telefon 

Kuper və onun Motoroladakı komandası, ilk zəng üçün prototipdən istifadə edildikdən düz on il sonra kərpic formalı DynaTAC 8000X kommersiya mobil telefonunu inkişaf etdirdi. O zaman yalnız ABŞ-ın iki şəhərində işləyən bu telefonlar ilk dəfə buraxılanda 4000 dollara satılırdı.

Keçən ay Barselonada keçirilən MWC23-də Mobile World Live (MWL) ilə videomüsahibə zamanı Kuper, telefonun batareyasının ömrünün o vaxt heç bir əhəmiyyət kəsb etmədiyini söylədi, çünki o çox ağır idi.

MWC23 müsahibəsi zamanı Kuper: "İndiki qiymətə görə, bir cib telefonuna sahib olmaq 10.000 dollardan çox idi. Onlar bahalı idi və çox yaxşı işləmirdi. Amma biz dəqiq bilirdik ki, bir gün hər kəs  telefon sahibi olacaq."

Mükəmməl işinə görə "cib telefonunun atası" kimi tanınan Kuper, dünyanın ən böyük mobil texnologiya sərgisində GSMA-nın GLOMO "Ömür Boyu Uğur Mükafatı"nın ilk laureatı kimi təltif edildi.

Bu ilk mobil zəngdən GSMA Intelligence məlumatları göstərir ki, mobil sənaye 2022-ci ilin sonuna qədər 5,4 milyard unikal mobil abunəçiyə çatmışdır və 2030-cu ilə qədər 6,3 milyarda çatmaq yolundadır. Həmçinin, dünya üzrə 8,4 milyarddan çox SİM qoşulma var.

Mənbə:Habertürk

Tərcümə edən:Hüseyn İlyasov

Paylaş
Şərh əlavə et