Bu gün:

İnfeksiyanın ən ağır forması "sepsis"


Xalq arasında qan zəhərlənməsi olaraq da bilinən sepsis hər il təxminən 50 milyon insana təsir edir və təxminən 11 milyon insanın ölümünə səbəb olur. Ən pisi isə hər 3 saniyədə bir insan itkisinə səbəb olur.

Sepsis bütün dünyada sağlamlıq üçün təhlükəli bir xəstəliyə çevrilib. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinir. Bir çox ölkələrdə sepsisdən ölüm nisbətləri digər xəstəliklərdən daha yüksəkdir.  Dünyada hər il təxminən 50 milyon insana təsir edən və 11 milyona yaxın insanın ölümünə səbəb olan sepsis hər 3 saniyədə bir insan itkisinə səbəb olur.

Risk qrupunda olanlar

Türk Torakal Dərnəyinin (TTD) Mərkəzi İdarə Heyətinin üzvü Prof. Dr. Gaye Ulubay, "Sepsis, yaşından, cinsindən və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. Ancaq bəzi qruplar daha yüksək risk altındadır. Xüsusilə, bir yaşdan kiçik körpələr və daha yaşlı insanlar, dalaqsızlar, şəkərli diabet xəstələri, xərçəng, dializ və ya QİÇS immuniteti zəifləmiş və xroniki xəstəlikləri olanlar risk qrupundadır".

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et