Tibbi biologiya və genetika üzrə mütəxəssis Prof. Dr. Nedime Serakıncı, COVID-19-un "Pirola" və "Eris" adlı iki yeni variantının yeni qapanma tələb etmədiyini, lakin yaşlıların və xroniki xəstəlikləri olan risk qrupunda olanların peyvənd və maska kimi şəxsi ehtiyat tədbirlərini görmələrini tövsiyə edib.
Tibbi biologiya və genetika mütəxəssisi, KKTC Prezidentinin Səhiyyə müşaviri Prof. Dr. Nedime Serakıncı COVID-19-un ən son variantları Pirola və Eris haqqında qiymətləndirmələr aparıb.
Pirola variantının Omicron-un ilk dəfə ortaya çıxmasından bu yana bəzi dairələr tərəfindən "ən narahatedici yeni COVID-19 növü" olaraq təyin olunduğunu bildirən Serakıncı, rəsmi olaraq "narahat edici variant" olaraq təsnif edilməyən variantın çox sayda mutasiya daşıdığını söylədi.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova