
1830-cu ildə Pissarro Karib dənizində (o dövrdə Fransanın müstəmləkəsi olan) Tomas adasında anadan olub. Atası Portuqal mənşəli bir yəhudi taciri idi. Adadakı ağ uşaqlardan fərqli olaraq, Kamil ailəsi və qardaşları afro-amerikan uşaqlarının iştirak etdiyi birgə təhsil məktəbinə getdilər.
Zəncilərlə birlikdə böyüyən Pissarro bu dövrdə irqçi meyillərdən tamamilə azad bir şəxsiyyət quruluşua sahib idi.
Pissarro 12 yaşında Parisdə internat məktəbində oxuyub. 1847-ci ildə atası üçün çalışıb, ancaq beş il sonra atasına qarşı çıxaraq rəssam olmaq üçün Venezuelaya qaçıb. Corot, Courbet və Charles François Dobigny (1817-78) kimi ustalardan təsirlənib. Gələcək impressionistlərdən daha yaşlı olmasına baxmayaraq, onların mühitinin bir hissəsi olub və bədii fikirlərini müzakirə etmək üçün onlarla görüşüb.
Çölləri sevən Pissarro Paris yaxınlığındakı müxtəlif evlərdə yaşayırdı və ətrafındakı mənzərələri rəngləyirdi. 1860-cı illərdə mənzərə rəsmləri Fransada məqbul bir mövzu idi və 1863-cü ildə Dalan des Refusasda sərgilənsə də, 1864-cü ildən 1870-ci ilə qədər onun işləri mütəmadi olaraq Salonda görünürdü.
1880-ci illərdə körpülər, qayıqlar, buxar gəmiləri və müasir sənaye həyatı çəkməyə başladı. 1880-ci illərdə kükürd ilə birlikdə uzaqdan da başa düşülə bilən pointilizm (nöqtəcilik) ilə təcrübə qazandı.Pissarro bu texnikanı “elmi impressionizm”adlandırdı. 1870-ci ildə Fransa-Prussiya müharibəsi zamanı Pissarro təhlükəsiz şəkildə Londona qaçdı. Burada sənət taciri Paul Durand-Ruel (1831-1922) ilə tanış oldu. Monet ilə də tanış oldu və birlikdə rəsm çəkməyə başladılar.

Müharibədən sonra Pontoise yerləşdi. Kompozisiya maraqlarını bölüşən Sezan ilə birlikdə tez-tez rəsm çəkirdilər. Eyni illərdə Kurberlə qurduğu dostluq onu realist qrupa saldı, buna görə Corotdan uzaqlaşdı. Yaşlı sənətkar Paul Sezan və Pol Qogenin müəllimi idi. Sezannın təsiri altında Pissarro darıxdırıcı rənglərdən imtina etdi və impressionistlərin üstünlük verdiyi parlaq rənglərə keçdi.
Pissarro xətləri bədii həyatı boyunca həmişə xırtıldayan və təmiz olmuşdur. Parisin meşələrini və kəndlərini gəzərkən və rəsm çəkərkən tanış olduğu gənc qızla evləndi və ilk övladı Lucien 1863-cü ildə anadan oldu.
Gleir atelyesində işləyərkən Pissarro və Renoir, Monet, Sisley və Basil arasında sıx bir dostluq quruldu. Bu dostluqlar nəticəsində 1865-1866-cı illər arasında bir qrup impressionist quruldu və daha sonra impressi dekommunistlər (impressionistlər) adlandırmağa başladılar. Əslində, qrupun adı “impressionist” deyil, sərgini heç sevməyən mətbuat və tənqidçilərin dilçiliyinə bir məsəl idi.
Akademik təlimlərdən fərqli olaraq, işığın cisimlərə təsirini tutmaq üçün açıq havada və sürətlə çəkdikləri rəsmlər, “bunlar rəsm deyil, təəssüratdır” sözləri ilə alçaldılmışdılar. Ancaq “impressionistlər“ vazkeçmədilər və iyirmi il ərzində Avropanın ən məşhur sənətkarları oldular.

Pissarro yaşına görə bu qrupun ən böyüyü olduğundan qalanlarına təsir edib. Sezan onu “təvazökar və böyük Pissarro” adlandırıb. 6 uşağı var idi və maddi çətinliklərə baxmayaraq, impressionist hərəkat üçün təşkil edilən böyük sərgilərdə iştirak edən qrupda yeganə idi. 1883-cü ildə Durand-Ruel Parisdə Pissarro adına xüsusi bir sərgi təşkil etdi. Bu sərgidə satdığı rəsmlər sayəsində maliyyəsi bir qədər yaxşılaşıb.
1885-ci ildə Seurat və Signac ilə tanış oldu və yeni impressionizmlə təcrübə etdi. 1886-cı ildə təşkil edilən sərgidə gənc “divisionistlər” separatçılar qrupunda idi. Ömrünün son illərində saf impressionizmə qayıtdı. Ömrünün son on ilində onu yarı korluğa aparan xəstəliyə baxmayaraq, dayanmadan və istirahət etmədən çalışdı. 1894-cü ildə Pissarro bir dostuna “artıq daha çox ömrüm qalmayıb, həyatımı ləyaqətlə bitirmək üçün təbiəti gördüyüm və eşitdiyim qədər rəsm çəkməliyəm” yazıb.O ,13 noyabr 1903-cü ildə 73 yaşında vəfat edib.
Mənbə: sanatinöyküsü
Tərcümə etdi: Aysu Əsədova
